İlham Kərimov

İlham Kərimov (2 iyul 1976) — Azərbaycanı təmsil edən boksçu.[1]

İlham Kərimov
Şəxsi məlumatlar
Tam adı İlham Kərimov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (47 yaş)
İdman növü Boks
Boyu 180 sm. (5 ft 6 in)

Karyerası[redaktə | mənbəni redaktə et]

İlham Kərimov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] İlham Kərimov turnirin 1/8 final mərhələsində Estoniya nümayəndəsi Valeri Semisura qalib gəlsə də, 1/4 final mərhələsində Fransa nümayəndəsi Jean-Luis Mandengeya 4:10 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[2]

Həmin ilin avqustunda isə İlham Kərimov Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi.[3] İlham Kərimov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İsveç nümayəndəsi İsmael Kone ilə üz-üzə gəldi.[3] Həmin görüşdə rəqibinə 2:22 hesabı ilə məğlub olan İlham Kərimov turnirdə mübarizəsini dayandırdı və Atlanta Olimpiadasını 17-ci pillədə başa vurdu.[3]

Nəticələri[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1996
Avropa Çempionatı Danimarka Danimarka
5.
2
Olimpiya Oyunları ABŞ ABŞ
PAT

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia.org. "İlham KƏRİMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "1996 European Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 3 Olympedia.org. "1996 Summer Olympics // Boxing // Men's // Light-Heavyweight // Results". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.