Valeri Timoxin (15 aprel 1959[1]) — Azərbaycanı təmsil edən stend atıcısı, məşqçi.[2]
Valeri Timoxin | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Valeri Vasiliyeviç Timoxin | |||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 15 aprel 1959[1] (65 yaş) | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 182 sm. | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Atıcılıq | |||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1982—1996 | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Valeri Timoxin SSRİ bayrağı altında əvvəl 1984-cü ildə İspaniyanın Saraqosa şəhərində, sonra isə 1987-ci ildə Finlandiyanın Lahti şəhərində baş tutan Avropa Çempionatlarında stend atıcığı üzrə turnirlərdə bürünc medallara sahib oldu. Komanda turnirlərində Valeri Timoxin 1986-cı ildə Dünya Çempionatını bürünc, 1989 və 1990-cı illərdə isə Dünya Çempionatlarını gümüş medallarla başa vurdu.[2]
Valeri Timoxin Sovet İttifaqını 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Turnirin nəticələrinə əsasən Valeri Timoxin olimpiadanı 196 xalla 52 idmançı sırasında 11-ci pillədə başa vurdu.[3]
Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun 31 yanvar 1991-ci il tarixli 152 nömrəli Fərmanına Valeri Vasilyeviç Timoxin Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edildi.[4]
1992-ci ildə isə Valeri Timoxin Birləşmiş Komandanı İspaniyanın Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Bu səfər Valeri Timoxin olimpiadanı 145 xalla 60 idmançı sırasında 25-ci pillədə başa vurdu.[5] SSRİ-nin dağılmasından sonra Valeri Timoxin beynəlxalq turnirlərdə Azərbaycanı təmsil elədi.[2]
Valeri Timoxin Azərbaycan bayrağı altında 1995-ci ildə Kiprda baş tutan Dünya Çempionatında stend atıcığı turnirində gümüş medalın sahibi oldu.[2]
Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Valeri Vasiliyeviç Timoxin "Tərəqqi" medalı ilə təltif edildi.[6]
Valeri Timoxin Azərbaycanı 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Stend atıcılığı turnirində çıxış edən Timoxin təsnifat mərhələsinin nəticələrinə əsasən 116 xalla 54 idmançı sırasında 38-ci pillənin sahibi oldu və olimpiada da mübarizəsini dayandırdı.[7]
Valeri Timoxin 1996-cı ildə idmanla vidalaşdı. Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışdı.