Vilayət Ağayev (5 dekabr 1971) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]
Vilayət Ağayev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Vilayət Ağayev |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Boyu | 168 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1985—2000 |
Məşqçisi | Əli Əliyev |
Vilayət Ağayev 1994-cü ildə Finlandiyada baş tutan Dünya Çempionatını altıncı pillədə başa vurdu.[2] 1995-ci ildə Vilayət Ağayev Fransada Avropa Çempionatında 18-ci, İtaliyada Hərbçilərin Dünya Oyunlarında isə 6-cı pillələrdə qərarlaşdı.[2]
1996-cı ildə martında Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını yeddinci pillədə başa vuran Vilayət Ağayev həmin ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. İyulun 20-də mübarizə aparan Vilayət Ağayev isə 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çin təmsilçisi Şenq Zetian ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[3] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Polşa nümayəndəsi Stanislav Pavlovxsi oldu.[3] Həmin görüşdə rəqibinə 4:3 hesabı ilə qalib gələn Vilayət Ağayev, növbəti mərhələyə adladı.[3] Bu mərhələdə onun rəqibi 1993-cü il Dünya Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Ağası Manuhyan oldu.[3] Bu görüşdə Vilayət Ağayev rəqibi üzərində inamlı qələbə qazandı (7:2) və təsəlliverici qrupun üçüncü mərhələsinə adladı.[3] Bu görüşdə onun rəqibi Kuba nümayəndəsi Luis Sarmiento oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 0:1 hesabı ilə məğlub oldu və Atlanta Olimpiadasıı 10-cu pillədə başa vurdu.[3]
Olimpiadadan sonra da Vilayət Ağayev beynəlxalq turnirlərdə uğursuz çıxış elədi.[2] 1997-ci ildə Finlandiyada Avropa Çempionatını 10-cu, Polşada Dünya Çempionatını isə 4-cü pillədə başa vuran Vilayət Ağayev 1998-ci ildə Belarusda Avropa Çempionatını 7-ci pillədə başa vurdu.[2]
1999-cu ildə Xorvatiyada Hərbçilərin Dünya Oyunlarını 6-cı, Yunanıstanda Dünya Çempionatını isə 12-ci pillədə başa vuran Vilayət Ağayev 2000-ci ildə idmanla vidalaşdı.[2]
Dünya Çempionatı | Finlandiya | |||
Avropa Çempionatı | Fransa | |||
Hərbçilərin Dünya Oyunları | İtaliya | |||
Avropa Çempionatı | Macarıstan | |||
Olimpiya Oyunları | ABŞ | |||
Avropa Çempionatı | Finlandiya | |||
Dünya Çempionatı | Polşa | |||
Avropa Çempionatı | Belarus | |||
Hərbçilərin Dünya Oyunları | Xorvatiya | |||
Dünya Çempionatı | Yunanıstan | |||
Dünya Olimpiya Təsnifat Turniri | Özbəkistan |