Məhəmməd İbrahimov (22 iyul 1974[1], Mahaçqala[1]) — 1994–1997-ci illərdə Azərbaycanı, 1998–2004-cü illlərdə isə KYRM-nı təmsil edən sərbəst güləşçi, 3 dəfə Avropa Çempionatlarının qalibi.[2]
Məhəmməd İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Məhəmməd İbrahimov |
Vətəndaşlığı |
Azərbaycan → KYRM |
Doğum tarixi | 22 iyul 1974[1] (49 yaş) |
Doğum yeri | |
Boyu | 180 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1985—2004 |
Məhəmməd İbrahimov 1994-cü ildə İstanbul şəhərində baş tutan Dünya Çempionatını 11-ci pillədə başa vurdu.[3] 1995-ci ildə İsveçrədə Avropa Çempionatının qalibi olan Məhəmməd İbrahimov həmin il Birləşmiş Ştatlarda Dünya Çempionatını beşinci pillədə başa vurdu.[3]
1996-cı ildə isə Məhəmməd İbrahimov Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazandı və növbəti dəfə Avropa çempionu oldu.[3]
Məhəmməd İbrahimov Azərbaycanı 1996-cı ildə Atlanta XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. −82 Kq. turnirində çıxış edən Məhəmməd İbrahimov olimpiadanın birinci görüşündə 1992-ci il Barselona Olimpiadasının finalçısı, Dünya Çempionatının qalibi Qazaxıstan nümayəndəsi Elmədi Cəbrayılov ilə üz-üzə gəldi.[4] Nəticədə Məhəmməd İbrahimov təcrübəli rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[4] Qrupda Məhəmməd İbrahimov əvvəl Belarus nümayəndəsi Alesandr Savonu 5:0, sonra isə Rumıniya nümayəndəsi Nicolae Gitanı 5:2 hesabları ilə məğlub elədi və qrupun üçüncü mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Avfandil Qoqolişvili oldu.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd İbrahimov rəqibinə 6:4 hesabı ilə qalib gəldi növbəti mərhələyə adladı.[4] Bu mərhələdə isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Les Qutçes oldu.[4] Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Məhəmməd İbrahimov rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazanaraq qrupun beşinci mərhələsinə adladı.[4] Məhəmməd İbrahimov bu mərhələdə də qalib gəlsəydi, olimpiadanın bürünc medal uğrunda görüşünə vəsiqə qazanacaqdı.[4] Məhəmməd İbrahimovun bu mərhələdə rəqibi 1992-ci il Barselona Olimpiadasının bürünc medaçısı, Dünya Çempionatının qalibi İran nümayəndəsi Əmir Reza Xadem oldu.[4] Həmin görüşdə Məhəmməd İbrahimov rəqibinə 0:2 hesabı ilə məğlub oldu.[4] Ümumi nəticədə Məhəmməd İbrahimov olimpiadanı beşinci pillədə başa vurdu.[4]
Olimpiadadan sonra Məhəmməd İbrahimov 1997-ci ildə Rusiyada baş tutan Dünya Çempionatını altıncı pillədə başa vurdu.[3] Bu onun Azərbaycan bayrağı altında son beynəlxalq turniri oldu. 1997-ci ildə Məhəmməd İbrahimov KYRM yığmasının heyətinə cəlb edildi.[3]
1998-ci ildə Tehran şəhərində (İran) Dünya Çempionatının gümüş medalına sahib olan Məhəmməd İbrahimov 1999-cu ildə Belarusda üçüncü dəfə Avropa Çempionatının qalibi oldu.[3] Həmin ildə Məhəmməd İbrahimov həmdə Dünya Çempionatını 11-ci pillədə başa vurdu.[3]
2000-ci ildə isə Məhəmməd İbrahimov Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı.[3] Turnirin nəticələrinə əsasən Məhəmməd İbrahimov Sidney Olimpiadasını bürünc medalla başa vurdu.[3]
Olimpiadadan sonra Məhəmməd İbrahimov 2002-ci ildə Avropa Çempionatını dördüncü, Dünya Çempionatını isə 22-ci pillədə başa vurdu.[3] 2003-cü ildə Dünya Çempionatını 12-ci pillədə başa vuran Məhəmməd İbrahimov 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı.[3] Afina Olimpiadasını 18-ci pillədə başa vuran Məhəmməd İbrahimov olimpiadadan sonra idmanla vidalaşdı.
Dünya Çempionatı | Türkiyə | |||
Avropa Çempionatı | İsveçrə | |||
Dünya Çempionatı | ABŞ | |||
Avropa Çempionatı | Macarıstan | |||
Olimpiya Oyunları | ABŞ | |||
Dünya Çempionatı | Rusiya | |||
Dünya Çempionatı | İran | |||
Avropa Çempionatı | Belarus | |||
Dünya Çempionatı | Türkiyə | |||
Dünya Olimpiya Təsnifat Turniri | Belarus | |||
Dünya Olimpiya Təsnifat Turniri | Almaniya | |||
Dünya Olimpiya Təsnifat Turniri | Yaponiya | |||
Dünya Olimpiya Təsnifat Turniri | Misir | |||
Olimpiya Oyunları | Avstraliya | |||
Avropa Çempionatı | Azərbaycan | |||
Dünya Çempionatı | İran | |||
Dünya Çempionatı | ABŞ | |||
Dünya Olimpiya Təsnifat Turniri | Slovakiya | |||
Dünya Olimpiya Təsnifat Turniri | Bolqarıstan | |||
Olimpiya Oyunları | Yunanıstan |