Məhəmmədsalam Hacıyev (8 iyul 1972, Mahaçqala) — 1992–1993-cü illərdə Rusiyanı, 1995–1996-cı illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi, 1992-ci il Avropa Çempionatının qalibi.[1]
Məhəmmədsalam Hacıyev | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Məhəmmədsalam Hacıyev | |||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
|||||||
Doğum tarixi | 8 iyul 1972 (52 yaş) | |||||||
Doğum yeri | ||||||||
Boyu | 178 sm. (5 ft 6 in) | |||||||
İdman növü | Güləş | |||||||
Karyera illəri | 1984—1996 | |||||||
Məşqçisi | Rövşən Umudov | |||||||
Medallar
|
Məhəmmədsalam Hacıyev 1992-ci ilin mayında Kaposvar şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının qalibi oldu.[2] Daha sonra Məhəmmədsalam Hacıyev həmin ilin avqustunda İspaniyanın Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında çıxış elədi və turniri dördüncü pillədə başa vurdu.[2] 1993-cü ilin iyulunda Rusiya Çempionatının gümüş medalına sahib olan Məhəmmədsalam Hacıyev 1995-ci ildən Azərbaycan yığmasının heyətində çıxış elədi.[2]
1995-ci ilin avqustunda Dünya Çempionatını 8-ci pillədə başa vuran Məhəmmədsalam Hacıyev 1996-cı ilin avqustunda Azərbaycanı XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Məhəmmədsalam Hacıyev olimpiadanın birinci görüşündə 1992-ci il Barselona Olimpiadasının qalibi Cənubi Koreya nümayəndəsi Par Yan-Son ilə üz-üzə gəldi.[3] Nəticədə Məhəmmədsalam Hacıyev təcrübəli rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[3] Qrupda Məhəmmədsalam Hacıyev əvvəl Qazaxıstan nümayəndəsi Məhəmməd Kuruqliyevi 4:0, sonra isə Macarıstan nümayəndəsi Arpad Ritteri 4:2 hesabları ilə məğlub elədi və qrupun üçüncü mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Kuba nümayəndəsi Alberto Rodrigez oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmmədsalam Hacıyev rəqibinə 6:2 hesabı ilə qalib gəldi növbəti mərhələyə adladı.[3] Bu mərhələdə isə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Almaniya nümayəndəsi Alexander Leipold oldu.[3] Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Məhəmmədsalam Hacıyev rəqibi üzərində 0:2 hesabı ilə məğlub olaraq medal uğrunda mübarizəsini başa vurdu.[3] Ümumi nəticədə Məhəmmədsalam Hacıyev olimpiadanı 8-ci pillədə başa vurdu.[3]
Avropa Çempionatı | Macarıstan | |||
Olimpiya Oyunları | İspaniya | |||
Dünya Çempionatı | ABŞ | |||
Dünya Çempionatı | ABŞ |