Elxan Məmmədov (qılıncoynadan)

Elxan Məmmədov (1 avqust 1969) — Azərbaycanı təmsil edən qılıncoynadan.[1]

Elxan Məmmədov
Şəxsi məlumatlar
Tam adı Elxan Məmmədov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (55 yaş)
İdman növü Qılıncoynatma

Elxan Məmmədov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Elxan Məmmədov 1/16 final mərhələsində Ukrayna nümayəndəsi Vladimir Kalyujni ilə üz-üzə gəldi. Həmin görüşdə Elxan Məmmədov rəqibinə 5:15 hesabı ilə məğlub oldu və Atlanta Olimpiadasını 40-cı pillədə başa vurdu.[2]

  1. Olympedia.org. "Elxan MƏMMƏDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Olympedia.org. "1996 Summer Olympics / Fencing / Sabre / Individual / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.