Ədalət Məmmədov (3 avqust 1974, Bakı – 30 mart 2003, Bakı) — Azərbaycanı təmsil edən boksçu.[1]
Ədalət Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Ədalət Aydın oğlu Məmmədov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 3 avqust 1974 |
Doğum yeri | |
Vəfat tarixi | 30 mart 2003 (28 yaşında) |
Vəfat yeri | |
Boyu | 181 sm. (5 ft 6 in) |
İdman növü | Boks |
Ədalət Məmmədov 1993-cü ildə Tampere şəhərində (Finlandiya) baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Miya Kihlstroma qalib gəlsə də, 1/4 final mərhələsində ABŞ nümayəndəsi Co-El Sota məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.[2]
Daha sonra Ədalət Məmmədov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[3] Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Svilen Rusinova qalib gəlsə də, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Vladimir Kliçoya məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[3]
Ədalət Məmmədov həm də Azərbaycanı 1996-cı ilin avqustunda Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi.[4] Ədalət Məmmədov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çexiya nümayəndəsi Petr Horaçeh ilə üz-üzə gəldi.[4] Həmin görüşdə rəqibinə vaxtından əvvəl qalib gələn Ədalət Məmmədov turnirin 1/8 final mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xose Blocus oldu.[4] Bu görüşdə də Ədalət Məmmədov rəqibinə vaxtından əvvəl qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.[4] Bu mərhələdə isə onun rəqibi Nigeriya nümayəndəsi Dunca Dohivari oldu.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ədalət Məmmədov rəqibinə məğlub oldu və Atlanta Olimpiadasını beşinci pillədə başa vurdu.[4]
Ədalət Məmmədov 2003-cü il martın 30-da 28 yaşında vəfat elədi.[1]
Dünya Çempionatı | Finlandiya | |||
Avropa Çempionatı | Danimarka | |||
Olimpiya Oyunları | ABŞ |