İmamqulubəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun Zümürxan kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Yeni Daşkənd kənd Sovetinin İmamqulubəyli kəndi Zümürxaç kənd Sovetinin tərkibinə verilmişdir.[2]
İmamqulubəyli | |
---|---|
40°23′ şm. e. 47°05′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 102 ± 1 m |
Saat qurşağı | |
Kənd Qarabağ düzündə yerləşir.
XIX əsrin əvvəllərində 104 ailədən ibarət olan qaradolaq tayfasına mənsub ailələr indiki Ağdam rayonu ərazisində məskunlaşmışdı. Çar hökuməti həmin ailələrin idarəsini 5 il ərzində İmamqulu bəyə vermişdi. Bundan sonra İmamqulubəyli adlanan həmin qaradolaq ailələri sonralar müxtəlif yerlərdə məskunlaşaraq bir neçə eyniadlı kənd yaratmışdılar.[3]
Bərdə rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |