İnklüzivizm (ing. inclusivism) — müxtəlif dinlər, cəmiyyətlər, mədəniyyətlər, siyasi fraksiyalar və s. arasındakı əlaqəni anlamaq üçün dinşünaslıqda, antropologiyada və ya vətəndaşlıqda bir neçə yanaşmadan biri. İnklüzivizm düşüncələrin müxtəlifliyində gözəlliyin olduğunu və bu müxtəlifliklərin birgə yaşaya biləcəyini iddia edir. Bu yanaşma müxtəlifliklərin birlikdə harmoniya təşkil etdiyini iddia edir.[1]
İnklüzivizm yalnız bir yolun doğru olduğunu, digərlərinin isə səhv olduğunu iddia edən eksklüzivizmdən fərqli olaraq dayanır.[2] Geniş şəkildə desək, inklüziv düşüncənin iki növü var:
Dinlərarası münasibətlərin müəyyənləşdirilməsində əsas fəlsəfi yanaşmalardan biridir. Dini tədqiqatlar və teologiya daxilindəki inklüzivizmdə yalnız bir inanc sisteminin doğru olmasına baxmayaraq, onun həqiqət aspektlərinin digər dinlərdə tapıla biləcəyinə inam qeyd edilir. Bu, bütün inancların eyni dərəcədə etibarlı olduğunu iddia edən dini plüralizmdən fərqlidir.[3] İnklüzivizm yalnız bir dinin həqiqət, digər dinlərin isə qismən həqiqət olduğunu, yaxud həqiqət olmasalar belə, onların ardıcıllarının əbədi qurtuluşa nail olmasının mümkünlüyünü iddia edən yanaşmadır.[4]
Dini inklüzivizm bir dinin digər dinlərdə doğru hesab edilən və qurtuluşa aparan istiqamətlərini ehtiva edir.[5] Əsas yol birdir, digər yollar isə əsas yola yaxınlaşdıqca həqiqətdən yararlanırlar, həmin yolların doğru ardıcılları da qurtuluş əhlidir.[6]