Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
Qazax rnunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi qazaxların qafarlı tayfasının bir qolu olan cəfərli elinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.[3]
İsə Almazov (1977-2014) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Arif Mustafayev (d.1938) — Azərbaycan etnoqrafı, tarix elmləri doktoru, professor. BDU Tarix fakültəsi nəzdində “Azərbaycanın Maddi-Mədəniyyət tarixi” ETL-in müdiri (1989-2001), 2001-ci ildən hal-hazıradək «Azərbaycanşünaslıq» ETM-in Arxeoloji və Etnoqrafik tədqiqatlar bölməsinin müdiri vəzifəsində çalışır.