Bu siyahı İstanbulun mühasirələrinin siyahısı barədə məlumatları əhatə edir.
Bu gün Türkiyə sərhədləri daxilində yerləşən İstanbul tarix boyu dəfələrlə mühasirələrə məruz qalıb. Mərmərə dənizi ilə Qara dəniz arasındakı boğaza nəzarət nöqtəsində olan, Asiya və Avropanın quru əlaqəsi üzərində yerləşən, həmçinin Böyük İpək yolunun da keçdiyi bu şəhər strateji mövqeyinə görə dəfələrlə müxtəlif xalqlar tərəfindən ələ keçirilməyə çalışılıb.
Şəhərin qeydə alınmış ilk mühasirəsi e.ə.510-cu ildə Otanisin komandanlığı ilə Əhəmənilər imperiyası tərəfindən həyata keçirilmişdir. Bu uğurlu mühasirədən sonra şəhər farsların hökmranlığına girsə də, gələcəkdə azadlığını bərpa etdi. E.ə.70-ci illərdə Roma imperiyasının sərhədlərinə daxil olmasına baxmayaraq, 193–196-cı illərdə vətəndaş müharibəsi dövründə Lusi Septimi Sever tərəfindən mühasirəyə alınaraq, qismən talan edilənədək azad idi. 324-cü ildə I Konstantin tərəfindən ələ keçirildikdən sonra Nova Roma adı ilə Bizans imperiyasının paytaxtına çevrilmiş, daha sonra "Konstantinopol" adlandırılmışdır. 1453-cü il mühasirəsi nəticəsində Osmanlı imperiyası tərəfindən tutulana qədər Bizans hakimiyyəti altında qalan şəhər bu tarixdən sonra heç bir mühasirə görməmişdir.
Tarixi boyu otuz iki dəfə mühasirəyə alınan İstanbul; şəhər-dövləti və Roma dövründə on dəfə mühasirəyə alınmış, bunlardan altısı uğurlu olmuş, üç mühasirə dəf edilmiş, biri tərəflərin razılığı nəticəsində qaldırılmışdır. Bu mühasirələrdən üçü vətəndaş müharibəsi zamanı taxt-taca iddialı olan romalılar tərəfindən həyata keçirilmişdir. Bizans imperiyası dövründəki iyirmi iki mühasirədən beşi uğurlu olsa da, on ikisi nəticəsiz qalıb, beşi isə razılaşma nəticəsində ləğv edilib. Bu mühasirələrdən dördü daxili müharibələr zamanı baş vermiş, 1204-cü ildə baş verən Səlib mühasirəsi şəhərin süqutuna Latın imperiyasının qurulmasına və Bizans imperiyası sülaləsinin Nikeyada Nikeya imperiyasını qurmasına səbəb olmuşdur. 1261-ci ildə yenidən Bizans hakimiyyətinə keçən İstanbul 1453-cü ildəki son mühasirə ilə Osmanlıların əlinə keçdi və nəticədə Bizans imperiyası dağıldı. Şəhər Antanta qoşunları tərəfindən 1918–1923-cü illər aralığındakı son mühasirədən bəri türklərin nəzarəti altındadır.
↑Arslan, Murat. Özsait Armağanı: Mehmet ve Nesrin Özsait Onuruna Sunulan Makaleler. Antalya: Suna-İnan Kıraç Akdeniz Medeniyetleri Araştırma Enstitüsü. ISBN9786054018093.
↑Reazaei, Iman S. "V.-VII. Yüzyıllarda Bizans-Sâsânî İlişkileri". Ankara: İranoloji Derneği Yayınları.
↑Jankowiak, Marek. Travaux et Mémoires Tome XVII - Constructing the Seventh Century (İngilizce). Paris: Association des Amis du Centre d’Histoire et Civilisation de Byzance. ISBN9782916716459.
↑"Emevîler Döneminde Anadolu'da Arap-Bizans Mücadelesi". Bursa: Uludağ Üniversitesi İlahiyat Fakültesi. ISSN1301-3394. (#first_missing_last)
↑Sumner, Graham V. "Philippicus, Anastasius II and Theodosius III" (İngilizce). Durham, North Carolina: Duke University Department of Classical Studies. ISSN2159-3159. OCLC6415521.
↑Ayönü, Yusuf. "IV. Haçlı Seferi'nin Ardından Batı Anadolu'da Mücadele Eden İki Rakip: İstanbul Latin Krallığı ve İznik İmparatorluğu". İzmir: İzmir Katip Çelebi Üniversitesi Sosyal ve Beşeri Bilimler Fakültesi. ISSN2149-0678.
↑Eroğlu, Haldun. "Osmanlıların 1453 Öncesi İstanbul Kuşatmaları". Ankara: Ankara Üniversitesi Dil ve Tarih Coğrafya Fakültesi. doi:10.1501/Tarar_0000000188. ISSN1015-1826.
↑Demirkent, Işın. İstanbul. İstanbul: Türkiye Diyanet Vakfı Yayınları.