İsveç–NATO münasibətləri

NATO-nun İsveç Krallığı ilə ikitərəfli əlaqələrisülh və qlobal təhlükəsizliyin qurulması, qarşılıqlı fəaliyyətin təmin edilməsi və İsveç Silahlı Qüvvələrinin çoxmillətli sülhməramlı əməliyyatlarda NATO və digər tərəfdaş qüvvələrlə əməkdaşlıq etmək qabiliyyətini qorumaq üçün birgə səylərdən ibarətdir.

İsveç–NATO münasibətləri
NATO və İsveç
 NATO  İsveç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsveç 7 mart 2024-cü ildə NATO-ya daxil olmuşdur[1].

İsveç 9 may 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulmuşdur[2]. Proqramın məqsədi NATO ilə Avropa və keçmiş Sovet İttifaqının digər dövlətləri arasında etimadı gücləndirmək və tərəfdaş ölkələrin NATO ilə əməkdaşlığını yaxşılaşdırmaqdan ibarət idi. 1997-ci ildə İsveç SNT proqramı çərçivəsində praktik əməkdaşlığı tamamlayan siyasi dialoq forumu olan Avro-Atlantik Tərəfdaşlıq Şurasının üzvü oldu[3] .

1990-cı illərdə İsveç Silahlı Qüvvələri NATO standartlarını[3], o cümlədən NATO-nun rəsmi dili olan ingilis dilini qəbul etməklə NATO ilə işləmək imkanlarını genişləndirdi.

İsveç ordusu NATO-nun Bosniya və Herseqovinadakı sülhməramlı qüvvələrində (IFOR, 1996-cı ildən — SFOR) iştirak edib və Kosovodakı NATO hərbi kontingenti (KFOR) üçün hərbi personalda iştirak etməkdədir. Əfqanıstanda İSAF qüvvələrinin və onları əvəz edən "Qətiyyətli Dəstək" əməliyyatının tərkibində İsveç hərbi kontingenti də olmuşdu. İsveç NATO-nun Liviyada[3]İraqda "İslam dövləti"nə qarşı[4] əməliyyatlarında iştirak edib.

2013-cü ildə İsveç NATO-nun Çevik Reaksiya Qüvvələrinə qoşulmuşdur[3] .

İsveç 2014-cü ildə Rusiyanın Krımı ilhaqına cavab olaraq başlayan NATO-nun Genişləndirilmiş İmkanlar Proqramının tərəfdaşı oldu[3].

Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzündən sonra İsveç və Finlandiya NATO ilə əməkdaşlığı xeyli gücləndirdilər. Mayın 18-də İsveç və Finlandiya rəsmi olaraq üzvlük üçün ərizə təqdim etdilər və iyulun 5-də bu ölkələrin alyansa qoşulması haqqında protokol imzalandı[5]. İsveçin Şimali Atlantika blokuna üzv olması üçün təşkilata üzv olan bütün ölkələr krallığın qoşulma protokolunu ratifikasiya etməli və NATO-nun yaradılması haqqında 1949-cu il Vaşinqton müqaviləsinin depozitarisi olan ABŞ hökumətini xəbərdar etməli idi[6]. Sonuncu ratifikasiya — Macarıstan Parlamenti tərəfindən — 26 fevral 2024-cü ildə baş tutdu[7]. 2024-cü il martın 5-də Macarıstanın yeni seçilmiş prezidenti Tamaş Şuyok İsveçin NATO-ya üzv olmaq ərizəsini imzaladı[8].

7 mart 2024-cü ildə İsveç NATO-ya daxil oldu[9][10].

Ratifikasiya prosesi

[redaktə | mənbəni redaktə et]
NATO-nun üzv dövlətləri Ratifikasiyanın qüvvəyə minməsi tarixi[11]
1 Albaniya Albaniya 11 avqust 2022
2 Belçika Belçika 11 avqust 2022
3 Bolqarıstan Bolqarıstan 9 avqust 2022
4 Böyük Britaniya Birləşmiş Krallıq 8 iyul 2022
5 Macarıstan Macarıstan 7 mart 2024
6 Almaniya Almaniya 20 iyul 2022
7 Yunanıstan Yunanıstan 14 oktyabr 2022
8 Danimarka Danimarka 5 iyul 2022
9 İslandiya İslandiya 6 iyul 2022
10 İspaniya İspaniya 6 oktyabr 2022
11 İtaliya İtaliya 17 avqust 2022
12 Kanada Kanada 5 iyul 2022
13 Latviya Latviya 22 iyul 2022
14 Litva Litva 4 avqust 2022
15 Lüksemburq Lüksemburq 9 avqust 2022
16 Niderland Niderland 20 iyul 2022
NATO-nun üzv dövlətləri Ratifikasiyanın qüvvəyə minməsi tarixi[11]
17 Norveç Norveç 7 iyul 2022
18 Polşa Polşa 3 avqust 2022
19 Portuqaliya Portuqaliya 11 oktyabr 2022
20 Rumıniya Rumıniya 22 avqust 2022
21 Şimali Makedoniya Şimali Makedoniya 22 avqust 2022
22 Slovakiya Slovakiya 4 oktybar 2022
23 Sloveniya Sloveniya 24 avqust 2022
24 ABŞ ABŞ 18 avqust 2022
25 Türkiyə Türkiyə 26 yanvar 2024
26 Finlandiya Finlandiya 4 aprel 2023
27 Fransa Fransa 16 avqust 2022
28 Xorvatiya Xorvatiya 25 avqust2022
29 Monteneqro Monteneqro 13 sentyabr 2022
30 Çexiya Çexiya 19 sentyabr 2022
31 Estoniya Estoniya 22 iyul 2022
  1. "Швеция официально стала членом НАТО". Коммерсантъ (rus). 2024-03-07. 2024-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
  2. "Signatures of Partnership for Peace Framework Document". NATO. 2020-03-27. 2012-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
  3. 1 2 3 4 5 "Как менялись позиции Швеции и Финляндии по вопросу о вступлении в НАТО". ТАСС. 2022-05-18. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  4. "Iraq" (ingilis). Swedish Armed Forces. 2020-04-20. 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
  5. "Финляндия и Швеция подписали протоколы о вступлении в НАТО". ТАСС. 2022-07-05. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-06.
  6. "Страны НАТО официально пригласят Финляндию и Швецию в альянс 29 июня". ТАСС. 2022-06-28. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
  7. "Парламент Венгрии одобрил вступление Швеции в НАТО. Это было последнее препятствие на ее пути в альянс". BBC News Русская служба (rus). 2024-02-26. 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
  8. "Президент Венгрии подписал ратификацию соглашения о вступлении Швеции в НАТО". ТАСС. 2024-03-05. 2024-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
  9. "Швеция стала 32-м членом НАТО". Meduza (rus). 7 марта 2024. 2024-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
  10. "«Балтийское море становится озером НАТО». После вступления Швеции в альянс под его контролем оказался весь регион". Русская служба The Moscow Times (rus). 2024-03-07. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
  11. 1 2 "Protocol to the North Atlantic Treaty on the Accession of the Kingdom of Sweden" (PDF) (ingilis). U.S. Department of State. 2024-01-29. 2024-01-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-01.