İvan Qorelovski

Qorelovski İvan İvanoviç (rus. Иван Иванович Гореловский; 25 yanvar 1942, Nijeqorod vilayəti29 oktyabr 2021) — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1988 avqust - 1989 avqust).

İvan Qorelovski
rus. Иван Иванович Гореловский
bayraq
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri
bayraq2
1988 – 1989
Şəxsi məlumatlar
Doğum tarixi 25 yanvar 1942(1942-01-25)
Doğum yeri
Vəfat tarixi 29 oktyabr 2021(2021-10-29) (79 yaşında)
Partiya
Təhsili
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d]
Hərbi xidmət
Mənsubiyyəti Rusiya
Qoşun növü SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Xarici Kəşfiyyat Xidməti
Rütbəsi general-polkovnik

25 yanvar 1942-ci ildə Rusiyanın Nijeqorod vilayətinin Koverninski rayonunun Şeqolnoye kəndində anadan olmuşdur. Milliyətcə rusdur. Ali təhsillidir.

Sov. İKP MK yanında Ali Partiya Məktəbində təhsil almışdır. 1968-ci ildə DTK-nın F.Dzerjinski adına Ali Məktəbini bitirmişdir.

Qorelovski 1988-ci il avqust ayının 11-dən 1989-cu il avqust ayının 19-na qədər Azərbaycan SSR DTK-nın rəisi vəzifəsində çalışmışdır. Azərbaycan SSR DTK-nın Gəncə şəhər şöbəsinin o zamankı baş əməliyyat müvəkkili İlham İsmayıl öz xatirələrində İvan Qorelovskinin Azərbaycandakı fəaliyyətini qısa müddətə ezamiyyətə gəlmiş adamın işinə bənzədərək onun təyinatı haqqında aşağıdakıları qeyd etmişdir:

" Qorelovski peşəkar çekist olsa da, Azərbaycana hədsiz yad adam idi, xüsusilə milli məsələlərin həssas dönəmində bu, düzgün təyinat deyildi. Onun nəzərində Bəxtiyar Vahabzadə də, Ermənistandan qovulan qaçqın da təxribatçı idi. Zaman, hadisələr elə sürətlə dəyişirdi ki, bu adamın bizi tanımağına vaxt yox idi. Qorelovski şəxsən mənim yadımda heç nə ilə qalmayıb, çünki hansısa təşəbbüs, erməni separatizminə qarşı kəskin addım, mövqe belə nümayiş etdirə bilmədi.[1]
İlham İsmayıl
"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. İsmayıl, İlham. KQB—MTN. Görünən dağın bələdçiliyi (az.). Bakı: Qanun nəşriyyatı. 2016. səh. 248. ISBN 978-9952-36-254-1.