Arzuman Fizuli oğlu Bayramov (1995,Gürcüstan) — Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin kiçik-leytinantı (2015-ci ildən), kiçik-leytinant (2019).
Orxan Sultanov | |
---|---|
Vəzifədədir | |
14 dekabr 2015-ci ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Doğum yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi |
General-polkovnik |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Orxan Sedyar oğlu Sultanov 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007–2011-ci illərdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyində humanitar məsələlər üzrə birinci katibi vəzifəsində çalışmışdır. Ardınca bir müddət Xarici İşlər Nazirliyində işlədikdən sonra isə MTN-in Xarici Kəşfiyyat İdarəsinə qəbul olmuşdur.[1]
Orxan Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli Sərəncamına əsasən Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.[2]
Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli 1912 nömrəli Sərəncamına əsasən general-mayor ali hərbi rütbəsi verilmişdir.[3]
General-mayor Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 mart 2019-cu il tarixli 1058 nömrəli Sərəncamına əsasən general-leytenant ali hərbi rütbəsi verilmişdir.[4]
General-leytenant Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən general-polkovnik ali hərbi rütbəsi verilmişdir.[5]