İlhüseyn Hüseynov

Hüseynov İlhüseyn Pirhüseyn oğlu — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1991 sentyabr-1992 may).

İlhüseyn Hüseynov
18 oktyabr 1991 – 17 may 1992
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıFəxrəddin Təhməzov
sentyabr 1991 – 18 oktyabr 1991
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifənin adı dəyişdirilib
bayraq
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinin birinci müavini
bayraq2
 – 1991
SədrVaqif Hüseynov
Sonrakıvəzifə ləğv edildi
Naxçıvan MSSR Dövlət Təhlükəsizlik Komitəsinin Sədri [1]
bayraq2
1960 – 1962
ƏvvəlkiMəhəmməd Əlizadə
SonrakıAbbas Zamanov (general)
Şəxsi məlumatlar
Doğum tarixi 31 dekabr 1925(1925-12-31)
Doğum yeri
Vəfat tarixi 24 sentyabr 2006(2006-09-24) (80 yaşında)
Vəfat yeri
Hərbi xidmət
Döyüşlər
Rütbəsi General-mayor

İlhüseyn Hüseynov 1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) tarix fakültəsini bitirmişdir.

Təhlükəsizlik orqanlarında 1942-ci ilin sentyabr ayından xidmətə başlamışdır. İ. Hüseynov SSRİ DTK-nın Bakı diyarlararası məktəbini bitirmiş, 1952-ci ilin avqust ayından əməliyyat işində rəhbər vəzifədə çalışmışdır.

Xidməti dövründə bir sıra dövlət mükafatları – "Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medala, eləcə də "Kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunmuşdur.

1991-ci ilin sentyabrından 1992-ci ilin may ayına qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində işləmişdir. İ. Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılmışdır.

25 sentyabr 2006-cı ildə vəfat etmişdir.[2]

  1. "Arxivlənmiş surət". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  2. "Скончался первый министр нацбезопасности независимого Азербайджана". 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]