Şağlaküçə

ŞağlaküçəAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.

Şağlaküçə
38°44′15″ şm. e. 48°47′43″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.873 nəf.
Xəritəni göstər/gizlə
Şağlaküçə xəritədə
Şağlaküçə
Şağlaküçə

Lənkəran rayonunda bir kənddir. Bu kənddə M.M Əbilov adına məktəb, Məscid, Poçt, Kİtabxana kimi yerlər mövcuddur. Bu kənddə ziyalılar bilikli insanlar çoxdur. Məsələn 2016-cı ildə Lənkəran rayonunda qəbul imtahanı üzrə ən çox bal (661 bal) Şağlakücə məktəbinin yetirməsi toplamışdır.

Kəndin adı ilə bağlı müxtəlif fərziyyələr var.İki əsas versiya daha doğru hesab olunur. Birincisi Talış dilində Şah kujə -dir. Ehtimal olunur ki Nadir şah Muğana gedərkən burda düşərgə salıb. Ona görə də əhali oranı Şahın məskən saldığı yer, oba mənasını verən Şahikujə,Şağlaküjə adlandırıb. Onu da qeyd edək ki kənd ərazisində Nadıroba adlanan məhəllə də mövcuddur.Bu da ehtimalı daha da qüvvətləndirir. Deyilənə görə Nadir şah məhz bu məhəllnin yerləşdiyi yerdə düşərgə salıb. Başqa bir versiya Talış dilində Şahğuli küjə yəni Şahqulunun obası, məhəlləsi-dir. Deyilənə görə XVIII əsrin əvvəllərində Saltak tayfasından Şahqulu adlı (Talış dilində deyilişi Şağuli )şəxsin kənd ərazisində geniş əkin və cəltik sahələri olub. Kəndın adının da həmin şəxsin adı liə adlandırılmışdır. Lakin kəndın tarixi daha qədımdır.[mənbə göstərin]

1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Şağlaküçə kəndində 48 evdə etnik talışlardan ibarət 283 nəfər (160 nəfəri kişilər, 123 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı.[1]

  1. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 35[ölü keçid]