Aşağı Apu — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd.[1] Əhalisi 115 nəfərdir.[2] Peştəsər silsiləsinin yamacında yerləşir.
Aşağı Apu | |
---|---|
38°40′ şm. e. 48°45′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 128 (2017) nəfər |
Oykonim "aşağıda yerləşən Apu kəndi" deməkdir. talış dilində abı/abu/apu paralelləri "xəlvət guşə; təcrid olunmuş yer; gizli yer; dincəlmək üçün sakit yer", "papaq; dağ başı" mənalarını ifadə edir. Bu da həmin kəndin yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlıdır.[3]
Şimaldan Daşdatük kəndi, cənubdan və qərbən meşə sahələri, şərqdən Bəşəru çayı ilə həmsərhəddir.[4]