Nərimanabad — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə[1].
Nərimanabad | |
---|---|
38°52′05″ şm. e. 48°50′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Balıqçılar qəsəbəsi Nərimanabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Balıqçılar qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[2]
13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır.[3]
2015-ci ilin iyun ayının 25-də kəndə təbii qaz verilişi bərpa olunmuşdur.[4]
Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |