Şahin (Marvel Comics)

Şahin (ing. Falcon) və ya əsl adı ilə Samuel Tomas "Sem" Uilson (ing. Samuel Thomas "Sam" Wilson) – Marvel Comics nəşriyyatı tərəfindən 1969-cu ildə yaradılmış komiks personajı. Sten LiCim Koland tərəfindən yaradılmış və ilk dəfə "Captain America" komiksinin 117-ci sayında peyda olmuşdur. "Şahin" ləqəbindən istifadə edən Sem Uilson mexaniki qanadları ilə sərbəst uçmaq və quşlarla telepatiya qurmaq bacarıqlarına malikdir. Stiv Rocersin yaxın köməkçisi olan Sem Uilson onun superqəhrəmanlıq karyerasını bitirməsindən sonra yeni Kapitan Amerika və Qisasçıların lideri olmuşdur.

Şahin
ing. Falcon
Nəşriyyat Marvel Comics
Yayım tarixi Captain America #117 (sentyabr 1969)
Yaradıcı(lar) Sten Li
Cin Koland
Xüsusiyyətlər
Əsl adı Samuel Tomas "Sem" Uilson
Cinsiyyəti kişi[d]
Vətəndaşlıq
Komiks bioqrafiyası
Üzvlükləri Qisasçılar
SHIELD
Müdafiəçilər
Qüdrətli Qisasçılar
Muzdlu qəhrəmanlar
Əsrarəngiz Qisasçılar
Partnyorları Stiv Rocers
Qırmızıqanad
Nomad
Ləqəbləri Qaraqanad, Qaraquş, Kapitan Amerika
Gücləri Möhtəşəm quş təlimçisi
Bacarıqlı döyüş ustası və gimnast
Mexaniki qanadlarla uçmaq
Ev şahini ilə empati qurmaq
Quşlar üzərində məhdud nəzarət
Quşlar kimi iti baxmaq qabiliyyəti

Sem Uilsonun dayısı oğlu Cim Uilson Halkın yaxın köməkçisi olmuşdur. Cimin atası Qideon Uilson Qamma korpusuna qoşulmuşdur. Semin Pol və Derleyn Uilson adlı valideynləri və Sara Kasper adlı bacısı var.

Şahin Marvel Kinematoqrafiya Kainatının personajlarından biridir. Entoni Maki personajı "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" filmlərində canlandırmışdır.

Şahinin göründüyü ilk buraxılış. "Captain America" #117.

Şahin əsas ABŞ komikslərində peyda olan ilk afroamerikalı superqəhrəman, həmçinin superqəhrəman adında "qara" sözü olmayan ilk qaradərili superqəhrəmandır.[1][2] İlk dəfə "Captain America" komiksinin 117-ci sayında (sentyabr 1969) peyda olmuşdur. Marvel Comics ondan öncə uydurma Afrika ölkəsi Vakandadan olan Qara pantera personajını təqdim etmişdi. Ümumiyyətlə götürdükdə, komikslərdə ilk qaradərili personaj Dell Comics tərəfindən 1965-ci ildə təqdim olunan Lobo personajıdır.

Personaj əvvəlcə Nyu-Yorkun Harlem rayonunda Qırmızıqanad adlı şahin saxlayan adsız sakin kimi təqdim olunmuşdu (Sem Uilson adı növbəti buraxılışın 5-ci səhifəsinə qədər çəkilməmişdir). 1970-ci illər boyunca Kapitan Amerika və Şahin bir komanda olmuşdurlar və "Captain America" komiksinin #134–192 və 194–222 (fevral 1971 – iyun 1978) sayları "Captain America and the Falcon" başlığı ilə buraxılmışdır.[3] 186-cı sayda yazıçı Stiv İngelhart personajın keçmişini yeniləmişdir.[4]

Şahin 62–64-cü saylarda (avqust-oktyabr 1978) Müdafiəçilər komandası, 183–194-cü saylarda (may 1979 – aprel 1980) Qisasçılar komandasına qoşulmuşdur. O, həmçinin 2012-ci ildə Marvel NOW! yenilənməsi zamanı Qisasçıların üzvü idi. 16 iyul 2014-cü ildə Sem Uilsonun yeni Kapitan Amerika olacağı açıqlanmışdır.[5] 2015-ci ilin oktyabrında Sem Uilsonun Kapitan Amerika olduğu yeni komiks seriyası başlamışdır.[6]

Samuel Tomson Uilson Nyu-Yorkun Harlem rayonunda tanınmış nazir Pol Uilson və Derleyn Uilsonun oğlu kimi dünyaya gəlib. Uşaqlığı şən keçir və quşlara xüsusi marağı olur. Göyərçinlərə təlim keçməyə başlayır və Harlemdə ən böyük göyərçin qəfəsinə sahib olur.[7] Buna baxmayaraq, gəncliyində tez-tez irqçiliklə qarşılaşır.[8] 16 yaşında kilsəyə qoşulmaqdan imtina edir və düşünür ki, dini adamlar olan valideynləri ona qarşı çıxacaqlar. Lakin valideynləri etiraz etmək əvəzinə onu dini və teoloji kitablarla təmin edirlər. Növbəti gecə məhəllədəki bir döyüşə girişən atası öldürülür.[9] İki il sonra anası bir soyğunçu tərəfindən qətlə yetirilir. Keçmişini unutmaq üçün Sem cəmiyyət könüllüsü olmaqdan imtina edir. Los-Ancelesə gedir və qanqster üzvi və cinayətkar olur.[10][11]

Rio-de-Janeyro şəhərinə uçarkən təyyarəsi Sürgün adasında qəzaya uğrayır.[12] Bu ada İkinci dünya müharibəsində Qırmızı kəllə ilə əməkdaşlıq etmiş Sürgünlər tərəfindən idarə olunan adadır. Onlar Qırmızı kəllənin xəyanətinə məruz qalırlar və bu adada gizlənməyə məcbur olurlar. Uilson adada güclü əlaqə qurduğu Qırmızıqanad adlı şahinlə qarşılaşır.[13]

Kapitan Amerikaya qarşı gələn Qırmızı kəllə reallığı dəyişdirə bilən Kosmik kubdan istifadə edir və nəticədə Uilson quşları kontrol etmək bacarığına malik olur.[14][15] Daha sonra Uilsonun cinayətkar kimi keçmişini silir. Kapitan Amerika Uilson ilə dostlaşır və onu Şahin adı ilə döyüşməyə razı sala bilir. Stiv Rocers və Sem Uilson Sürgünləri və Qırmızı kəlləni məğlub etmək üçün birlikdə xeyli məşq edirlər.[7] Beləliklə, Şahin Kapitan Amerikanın ən yaxın silahdaşına çevrilir, onunla birlikdə döyüşməyə başlayır,[16] hətta Kapitan Amerikanın öldüyünə inandığında onun şəxsiyyətini götürür.[17]

Daha sonra Şahin Qara panteradan kömək alır və Qara pantera uçması üçün ona qanadlar düzəldir.[18]

Peyda olduğu ilk illərdə Şahin quşu Qırmızıqanad ilə güclü zehni əlaqəsinin olduğu göstərilmişdir. "Captain America" komiksinin 174-cü sayında Professor İks tərəfindən bu əlaqənin telepatik olduğu deyilmişdir.[19] Daha sonra məlum olmuşdur ki, bu telepatik əlaqənin səbəbkarı Kosmik kubdan istifadə edən Qırmızı kəllədir.[20]

Şahin sadəcə Qırmızıqanad ilə deyil, digər quşlarla da əlaqə saxlaya bilir. Bunlardan əlavə, quşların yaddaşını oxuya bilir, keçmişdə nələr gördüklərini görə bilir.[21]

Şahin həmçinin döyüş sənətləri ustasıdır. Stiv Rocers tərəfindən cüdo[22] və karate[23] təlimi alıb. Kapitan Amerikanın qalxanından istifadə edəcək qədər bacarıqlıdır.

Şahinin orijinal qanadları jetlə dəstəklənmiş, çıxarıla bilən, yüngül titaniumdan hazırlanmış qanadlardır. Qanadların üstündə yerləşən günəş panelləri günəş enerjisini elektrikə çevirir. Qanadlar "Captain America and the Falcon" komiksinin 2-ci sayında məhv edilmişdi (2004).

  1. Brothers, David. "A Marvel Black History Lesson Pt. 1" Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine, Marvel.com, February 18, 2011.. Quoting Marvel Senior Vice President of Publishing Tom Brevoort: "The Falcon was the very first African-American super hero, as opposed to The Black Panther, who preceded him, but wasn't American."
  2. "GCD :: Issue :: Captain America #117". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-13.
  3. Captain America cover scans, page 1 Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine to page 4 Arxivləşdirilib 2021-05-19 at the Wayback Machine, at the Grand Comics Database
  4. Ching, Albert. "UPDATED: 1st Look at Marvel NOW! AVENGERS Lineup". Newsarama. September 4, 2012. November 19, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 13, 2018.
  5. Sacks, Ethan. "New Captain America will be African-American, as the Falcon takes over the star-spangled mantle in the comic books". New York Daily News. July 17, 2014. October 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 13, 2018.
  6. "Sam Wilson, Captain America Soars Higher than Ever | News | Marvel.com". marvel.com. 2015-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
  7. 1 2 Lee, Stan Captain America #117–119 (Sept.–Nov. 1969)
  8. Englehart, Steve. Captain America #186
  9. Captain America #277
  10. Johns, Geoff. Avengers volume 3, #64
  11. Priest, Christopher J. Captain America and the Falcon #7
  12. Priest, Christopher J. Captain America and the Falcon, #11
  13. Captain America #186
  14. Englehart, Steve. Captain America #186 (June 1975).
  15. Johns, Geoff. The Avengers #475 / vol. 3, #60 (Jan. 2003).
  16. Captain America #133
  17. Captain America: Sentinel of Liberty #8–9 (April–May 1999)
  18. Englehart, Steve, and Mike Friedrich. Captain America #170 (Feb. 1974)
  19. Englehart, Steve. Captain America #186. Marvel Comics, 1975
  20. Johns, Geoff. Avengers vol. 3 #60. Marvel Comics, 2003
  21. Brubaker, Ed. Captain America vol. 5 #35. Marvel Comics, 2008
  22. Captain America and the Falcon vol 1 #163 (July 1973)
  23. Captain America vol 1 #118 (October 1969)
  24. "Marvel Super Hero Squad Voice Cast". Comics Continuum. 2009-07-28. 2012-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-10.
  25. Sands, Rich (June 12, 2012). "Exclusive: Marvel Assembles New Animated Series for the Hulk and Avengers" Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine. TV Guide.
  26. "NYCC: Marvel to Premiere Avengers Assemble & Agents of S.M.A.S.H. Next Summer". Superhero Hype. October 13, 2012. September 25, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 30, 2013.
  27. "Avenging Spider-Man". Ulimate Spider-Man. 2012. (#cite_web_url)
  28. Graser, Marc. "Mackie mulls Falcon in 'Captain America'". Variety. July 16, 2012. July 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2012.
  29. Wigler, Josh. "'Captain America' Actor Anthony Mackie Hasn't Seen His Falcon Costume Yet". MTV Splash Page. September 17, 2012. September 17, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 17, 2012.
  30. Lussier, Germain. "The Gang's All Here in the Official 'Avengers: Age of Ultron' Poster [UPDATED]". /Film. February 24, 2015. February 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2015.
  31. Jay Jayson. "New Ant-Man TV Spot Reveals Avenger Guest Star In New Costume". Comicbook.com. 2015-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.
  32. Fleming Jr, Mike. "Daniel Bruhl To Play Villain In 'Captain America: Civil War'". Deadline. Deadline. February 9, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 17, 2014.
  33. Kroll, Justin. "'Captain America: Civil War' Concept Art Shows Where Each Avenger's Loyalties Lie". Variety. August 27, 2015. August 27, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2015.
  34. Peters, Megan. "Anthony Mackie Teases Falcon's Fate After Avengers: Infinity War". ComicBook.com. ComicBook.com. 1 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2017.
  35. Breznican, Anthony. "Marvel brings Captain America: Civil War to Disney's D23 Expo". Entertainment Weekly. August 15, 2015. August 15, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 15, 2015.
  36. "Cl.eb-cdn.com.au". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.
  37. Zalben, Alex (March 8, 2014). "Exclusive: Marvel's 'Avengers Alliance' Gets 'Winter Soldier' And 'Guardians of The Galaxy' Upgrade" Arxivləşdirilib 2014-04-25 at the Wayback Machine. MTV.
  38. "Team-Up Heroes FAQ (Page 1)" Arxiv surəti 26 mart 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-03-26 at the Wayback Machine
  39. Graser, Marc. "'Guardians of the Galaxy' to Break Records for 'Disney Infinity'". Variety. September 11, 2014. September 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2018.
  40. Jones, Elton. "'Marvel Future Fight': Top 10 Tips & Cheats You Need to Know". Heavy.com. May 15, 2015. February 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2018.
  41. "Marvel's Falcon". Playmation. 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.
  42. "John Cena and Colton Haynes Lend Voices to 'Marvel Avengers Academy'". Comic Book Resources. February 4, 2016. August 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2018.
  43. "Arxivlənmiş surət". 2015-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]