Şikahoğ Dövlət Təbiət Qoruğu (erm. Շիկահողի արգելոց) — Ermənistanın cənubunda, Sünik vilayəti ərazisində, Bəsitçay çayının şimal axarlarında, Meğri silsiləsinin 700-2400 metr hündürlüyə malik əraziləri əhatə edir. Qoruq 1958-ci ildə təşkil olunmuşdur. Qoruğun ümumi sahəsi 10 000 ha-dır.
Şikahoğ Dövlət Təbiət Qoruğu | |
---|---|
erm. Շիկահողի արգելոց | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 10 km2 ha |
Mütləq hündürlüyü | 700-2400 m |
Yaradılma tarixi | 1958 (qoruq statusu) |
Yerləşməsi | |
39°02′ şm. e. 46°25′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
www.shikahogh.am | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qoruğun əsas qoruma obyekti bitki və heyvanlar aləmidir. Xüdudi ilə 1000–2200 metr hündürlükləri əhatə edən palıd-vələs meşələridir. Üstəlik burada Şərq çinarına rast gəlinir. Burada 2 200–2 400 m yüksəkliklərdə seyək palıd meşələri vardır.
2 400–2 600 metr yüksəkliklərdə fındıq, tozağacı, quşarmudu və ardıcdan ibarət qarışıq meşələr daha sonra yüksək ərazilərdə isə subalp çəmənliklər yayılmışdır.
Aşağı seyrək meşə sahələrində Araz palıdı, tikanlı qaratikan, dağdağan, nar, ağcaqayın[1] kimi bitkilər yayılmışdır.
Burada daşsarmaşığı, xurma, platanus, yunan qozu, güyəmə və nadir hallarda şabalıd və zelkovanı görmək olar. Tez-tez vaxtsızçiçək, lalə, süsən kimi bitkilərə rast gəlinir.
Qoruq ərazisində rast gəlinən relikt bitkilər Ophioglossum vulgatum, Pteridium tauricum, Galanthus transcaucasicus, Galanthus artjuschenkoae, Tulipa confusa, Zəngəzur armudu (Pyrus zangezura), Symphyandra zangezura, Hypericum eleonorae və s.-dir.
Bölgədə yerləşən 80 növ bitki Ermənistanın qırmızı kitabına daxil edilmişdir. Qoruqda rast gəlinən heyvanlara kiçik nalburun, Xəzər hinduquşu, toğlugötürən, qara kərkəs, ağbaş kərkəs, sarı koramal, gürzə, suilanı, porsuq, boz dovşan, dələ, meşə pişiyi, erməni muflonu və qarapaça daxildir.[1][2]