Şirinbəyli (əvvəlki adları: Tverskoye; Oktyabrabad) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Oktyabrabad kəndi Şirinbəyli kəndi adlandırılmışdır.[1]
Şirinbəyli | |
---|---|
39°52′00″ şm. e. 48°30′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisinin sayı 4423 nəfərdir.[2]
Kənd Muğan düzündədir. Yaşayış məntəqəsinə XIX əsrin ortalarında Rusiyanın Tver qubemiyasmdan köçürülmüş rus ailələri burada məskunlaşdıqdan sonra Tverskoye, 1977-ci ildən isə Oktyabrabad adı verilmişdir. 1992-ci ildən kəndin adı Şirinbəyli kimi rəsmiləşdirilmişdir. Şirinbəyli kənddə yaşayan yerli nəsillərin birinin adıdır.[3]