Qazanbatan (əvvəlki adı: Otradnoye) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Otradnoye kəndi Qazanbatan kəndi adlandırılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Qazanbatan kəndi Qara Nuru kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qazanbatan kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Qazanbatan | |
---|---|
39°55′46″ şm. e. 48°27′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsini 1908-ci ildə Rusiyanın Otradnı şəhərindən köçürülmüş rus ailələri salmış, əvvəllər Otradninskoye, Otradnoye adlandırılmışdı. 1992-ci ildən kəndin adı Qazanbatan kimi rəsmiləşdirilmişdir. Oykonim Qazan (Hülakü xanı) və batanfbaten (qala, şəhər) komponentlərindən düzəlib, "Qazan şəhəri" mənasındadır.[3]
Kənd Muğan düzündə yerləşir.
Əhalisinin sayı 1072 nəfərdir.[4]
Saatlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |