Cəfərxan — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Cəfərxan | |
---|---|
39°56′35″ şm. e. 48°29′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Saatlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 460 (2009) nəfər |
Əhalisinin sayı 460 nəfərdir.[1]
Cəfərxan oyk., sadə. Saatlı rayonunun Sarıcalar inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Oykonim cəfərxanlı nəslinin adı ilə bağlıdır. Bu nəslin nümayəndələri Babək r-nunun Hacıvar, Ordubad r-nunun Üstüpü kəndlərində də qeydə alınmışdır. Etnotoponimdir.[2]
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı[3] ilə Saatlı rayonunun Cəfərxan kəndində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 1 512 000 manat vəsait ayrılmışdır.[4]