Mustafabəyli (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Mustafabəyli kəndi Qıraqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mustafabəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Mustafabəyli | |
---|---|
39°57′33″ şm. e. 48°24′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsi XIX əsrin sonlarında Mustafa bəy adlı birisinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kollektivləşmə illərində kəndin adı V.İ.Leninin şərəfinə Leninkənd adlandırılmış, 1992-ci ildə isə keçmiş adı ilə rəsmiləşdirilmişdir.[3]
Əhalisinin sayı 2224 nəfərdir.[4]
Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.[5]
Saatlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |