Potubəyli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Əlisoltanlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Potubəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Potubəyli | |
---|---|
39°52′55″ şm. e. 48°23′42″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisinin sayı 1024 nəfərdir.[2]
Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin birinci yarısında indiki Mollavazlı kəndindən köçüb gəlmiş Potubəyə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış və onların adı ilə (Potubəyli) adlandırılmışdır.[3]
Kənd Muğan düzündə yerləşir.
Saatlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |