Varxan

Qaralar — Azərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.

Varxan
39°51′52″ şm. e. 48°14′42″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Saatlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2143 (2009) nəfər
Xəritəni göstər/gizlə
Varxan xəritədə
Varxan
Varxan

Əhalisinin sayı 2143 nəfərdir.[1]

Kənd 1944-cü ildə qanunsuz olaraq Axalsixi rayonundan (Gürcüstan) Özbəkistana sürgün edilmiş, sonralar isə Azərbaycana qayıtmış bir qrup türk ailəsinin məskunlaşması nəticəsində 1959-cu ildə yaranmışdır. Varxan onların köçürülməzdən əvvəl Axaltsixidəki kəndlərinin adı olmuşdur. Orta Asiyada Qoşqar əyalətində də qəd. türklərə aid Varxan qalası vardır. Oykonim var/bar (əşya, əmlak) və xan (titul) komponentlərindən düzəlib, "xanın əmlakı, varidatı" mənasındadır.[2]

  1. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007.