Şmidt adası — ada Şimal Torpağının qərtbində, Kara dənizi akvatoriyasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir.
Şmidt adası | |
---|---|
rus. остров Шмидта | |
Ümumi məlumatlar | |
Sahəsi | 420 km² |
Uzunluğu |
|
Eni | 18 km |
Hündür nöqtəsi | 325 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
81°07′32″ şm. e. 90°55′41″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada arxipelaqın şimal-qərbində, Komsomoles adasınan 31 km aralıda yerləşir. Arxipelaqın materikdən ən uzaqda yerləşən adasıdır. Yaxınlığında kiçik adalar belə yoxdur.
Ada ovalvari formmaya malikdir. Bircə şimal hissəsində Zemlyannıy burnu yerləşir. Qərbdən şərqə 28,7 km, çimaldan cənubda isə 17,7 km məsafədə uzanır. Sahəsi 420 km²dir.[1]
demək olar kmi, ərazisinin böyük hissəsini eyni adlı buzlaq örtür. adanın maksimal hündürlüyü 325 metrdir. Sahilləri demək olar ki, hamardır. Bircə Беşərq sahillərində hündürlüyü 27-36 metr olan sıldırımlar xaric. Cənub sahillərinə doğru kiçik axarlar axır. Zemlyanka burnundan şərqdə elə də böyük olmayan göl vardır.
Arxiprelaqa daxil olan digər adalardan fərqli olaraq onun sahil xətdi dəyişilməz olaraq qalır.
Arxipelaqa daxil olan adalar arasında buzlaq örtüyü çox olanlar siyahısına daxildir. Ərazisinin demək olar ki, 100 %.[2] buzla örtülüdür.
Ada ilk dəfə 1930-cu ildə Otto Şmidt və Y. Vizenin «Qeorqi Sedov» gəmisində təşkil etdiyi ekspedisiya zamanı, Arxangelsk limanına qayıdarkən[3] kəşf edilmişdir. Ada əfanəvi sovet qütb araşdırmaçısı Otto Şmidt şərəfinə adlandırılmışdır.