Mona adaları

Mona adalarıKara dənizində yerləşən adalar qrupu. Taymır уarımadasının qərb sahillərində yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya).

Mona adaları
rus. Острова Мона
Ümumi məlumatlar
Adaların sayı 11
Hündür nöqtəsi 42 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
75°40′16″ şm. e. 88°27′27″ ş. u.HGYO
Ölkə  Rusiya
Region
  • Krasnoyarsk diyarı
Akvatoriya
Mona adaları xəritədə
Mona adaları
Mona adaları
Mona adaları xəritədə
Mona adaları
Mona adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxipelaq altı nisbətən iri və beş kiçik (adsız) qranitdən ibarət olan adalardan ibarətdir. Adalar qərbdən şərqə doğru Xariton Laptev sahilləri boyunca uzanır. Adalar Tymır yarımadasından 20–40 km məsafədə yerləşirlər. Arxipelaqa daxil olan ən şərq nöqtə ilə qərb nöqtəsi arasında məsafə 35 kilometrdir. Adaların uzunluğu 4,7 kilometri keçmir. Adalar Böyük Arktik qoruğu ərazisinə daxildir.

Mon adaları

(qərbdən şərqə):

Rinqnes adası — qrupun ən iri adasıdır. Ada qərbdən şərqə doğru uzanır. Uzunluğu 4,65 kilometr, eni isə mərkəzi hissədə 1,5 kilometrdir. Adada qayaların hündürlüyü 38 metrdir. Sahilləri sıldırımlıdır. Cənub hissədə hündürlük 20 metrə çatır. Üzəri nadir tundra bitkiləri ilə örtülüdür. Əsasən sərt otlar və mamırdan ibarətdir. Adanın qərbində astronomik məntəqə yerləşir. Afdaya ən yaxın iri ada qranitnıy adasıdır. O 6 kilometr şimalda yerləşir. Adadan cənub-qərbsdə iki adasız ada yerləşir. Onlar 650 metr uzunluğa malikdirlər. Ada norveç pivə şirkəti olan Ringnesin şərəfinə adlandırılmışdır. Şirkət Otto Sverdrupun Arktika ekspedisiyasını maliyyəələşdirmişdir.

Qranitnıy adası — qrupun şimal-qərbində yerləşir. Rinqnes adasından 6 km şimal-şərqdə, Qerkules adasından isə 9, 5 km şimal-qərbdə yerləşir. Uzunsov formaya malikdir. Uzunluğu 270 metr, eni isə 100 metrdir. Adanın maksimal hündürlüyü 6 metrdir. Qranitnıy adasından 300 metr şimal-şərqdə 90 metr uzunluğa malik kiçik ada vardır.

Qerkules adası — Mona arxipelaqının mərkəzində yerləşir. Kravka adasından 6,8 kmqərbdə, Rinqnes adasından 9,3 km şərqdə yerləşir. Öz növbəsində hündürlüyü 15 metr olan qayalıqdan ibarətdir. Ada 770 metr uzunluğa, 430 km enə malikdir. Sahilində hündürlük 12 metrdir. Ondan 900 metr qərbdə 150 metr radiusa malik adsız ada yerləşir. İlk əvvəl ada Veyzelya adlanırdı. Sonradan isə Qerkules şxununun şərəfinə adlandırılır.

Kravkov adası — Qrupun ən şimal adası olmaqla yanaşı həm də Rinqnes adasından sonra ikinci böyük adasıdır. Ənyaxın adalar isə Qerkules və Uzkiy adalarıdır. Ox kimi qərbdən şərqə uzanır. Uzunluğu 2,5 kilometr, eni 1,5 kilometrdir. Maksimal hündürlüyü 42 metrdir. Qərbində qütb stansiyası yerləşir. Stansiya hazırda fəaliyyət göstərmir. Llinqradın mmühasirəsi zamanı həlak olmuş hidroqraf Sergey Nikolayeviç Krakovun şərəfinə adlandırılmışdır[1].

Uzkiy adası — Kravkov adasından cənub-şərqdə yerləşən ada. 1,2 kilometr uzunluğa, 300 km enə malikdir. Adanın mərkəzində 12 metrlik yüksəklik vardır. Sahilində hündürlük 10 metrə çatır.

Kraynıy adası — Mona arxipelaqının şərqində yerləşir. Ucqar nöqtə olması səbəbindəndə belə adlandırılmışdır. Şərqdən qərbə doğru uzanır. Uzunluğu 1,3 koilometr, eni 550 metrdir. Ən hündür nöqtəsi 15 metrdir. Sahilləri sıldırımlıdır. Hündürlüyü 10 metrə çatır. 8 km cənub-qərbdə Uzkiy adsı yerləşir.

Bundan başqa qrupa 5 adsız adada daxildir. Onlar Rinqnes, Qranitnıy, Qerkules və Kravkov adaları ətrafında yerləşir.

Qerkules adasında yerləşən xatirə abidəsi

Adalar 1893-cü ildə Frityof Nansen tərəfindən Fram gəmisində aşkarlanır[2]. Bununla belə Kravkov adası 1940-cı ildə S. q. Karandaşev tərəfindən təşkil edilən ekspedisiya zamanı kəşf edilmişdir/ref>[3].

  1. "Автографы на картах С. В. Попов". 2011-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
  2. "Большой Арктический заповедник. Научная деятельность". 2009-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
  3. "Борис Мамлин, Полярный дневник". 2011-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.