Ədalət Məmmədov (memar)

Ədalət Eyvaz oğlu Məmmədov (1959, Bərdə) — Azərbaycan Respublikasının əməkdar memarı.[1][2]

Ədalət Məmmədov
Ədalət Eyvaz oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bərdə, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Həyat yoldaşı Məlahət Məmmədova
İşləri və nailiyyətləri
Əsas tikililəri Heydər məscidi

1980–1989-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhər ağa məscidi , Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasıın divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib.

Azərbaycan abidələrinin ilkin siyahısının və İçəri Şəhər qoruq kompleksinin UNESCO tərəfindən siyahıyasalınma layihəsində memarlar qrupuna rəhbərlik edib.

2018-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülüb. 2019-cu ildə Azərbaycan Memarlar İttifaqı ona "Ustad Memar" adını təqdim edib.

Uşaqlıq və gənclik illəri

[redaktə | mənbəni redaktə et]

1959-cu ildə Bərdə şəhərində dünyaya gəlib. 1966–1976-cı illərdə Bakı şəhəri, 4 nömrəli Fars təmayüllü məktəbdə orta təhsilini alıb. 1977-ci ildə ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakultəsinə daxil olub. 1983-cü ildə ali təhslini bitirib. Tələbəlik illərindən, 1980-ci ildən etibarən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində, Tarix və Mədəniyyət abidələrinin bərpası sahəsində çalışmağa başlayıb.

1980–89-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhərağa məscidi , Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasıın divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib.

1986-cı ildə Ağdam Cümə məscidinin, 2010-cu ildə Hacı Zeynalabdin Tağıyevin sarayının, 2012-ci ildə Bərdə türbəsininTorpaqqalanın, 2014-cü ildə Tərtər çayı üzərində qədim körpü qalıqlarının bərpa–konservasiya layihəsinin müəllifidir.

2009-cu ildə Maştağadakı, Şamxal hamamının, 2016-cı ildə İmamzadə türbəsinin, 2019-cu ildə Hüseyniyyə məscidinin, 2017-ci il Uğurlu Xan karvansarayınınŞah Abbas karvansarayının bərpası və funksional istifadəsi layihəsinin müəllifidir.

2014-cü ildə BibiheybətTəzəpir məscidilərinin, 2015-ci ildə Əjdərbəy məscidinin, 2018-ci ildə Qarabağlar türbəsinin bərpa və yenidənqurma işlərinin müəllifidir.

1998–2000-ci illərdə İçərişəhər tarix-memarlıq qoruğunun, Qız qalası və Şirvanşahlar sarayı kompleksinin UNESCO Ümumdünya irsi siyahısına daxil edilməsi işində çalışan memarlar qrupuna rəhbərlik edib.

Memarı olduğu tikililər

[redaktə | mənbəni redaktə et]
  • 2002. UNESCO-nun çiy kərpicdən inşa edilmiş tikililərin mühafizəsi üzrə mütəxəssis sertifikatı
  • 2012. ICOMOS-un Tarix və Memarlıq Abidələri Qoruğunun İdarə olunması üzrə sertifikat
  • 2018. Azərbaycan Respublikasının əməkdar memarı[1]
  • 2019. Azərbaycan Memarlar İttifaqının "Ustad Memar"ı
  1. 1 2 "Mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 Aprel 2018.
  2. "Əməkdar memar Ədalət Məmmədov "Səhərçağı"nın qonağıdır". 2024-04-21 tarixində arxivləşdirilib.