2011-ci il İordaniya iğtişaşları

İordaniya paytaxtında hökumət tərəfdarları ilə islahat tələb edən nümayişçilərin toqquşması ilə etiraz aksiyaları zorakı xarakter alıb. Şahidlər hökumət tərəfdarlarının nümayişçilərə hücum etməsi nəticəsində səkkiz adamın yaralandığını deyirlər.Yüzlərlə adam bu gün paytaxt Əmmanda islahatlar tələbi ilə nümayişə çıxıb. Bu nümayişlər ərəb dünyasında baş qaldıran inqilab dalğası fonunda keçirilir. İordaniyalılar konstitutsional islahatlar və Kral Abdullahın səlahiyyətlərinə məhdudiyyətlər qoyulmasını tələb edirlər.[1][2]

İordaniya kralı Abdulla ölkədə ümumi narazılıq fonunda xalqın hökumətdə rolunun artırılmasına imkan vermək üçün ən tez zamanda əsl siyasi islahatlar keçirilməsinə çağırıb.

Kral Abdulla hökumət rəsmiləri, hakimlər və qanunvericilərə deyib ki, o, korrupsiyaya qarşı mübarizə səylərinin artırılmasını istəyir. İordaniyada yanvar ayından siyasi və iqtisadi dəyişikliklərin edilməsi məqsədilə nümayişlər keçirilir.[3]

İordaniyada minlərlə adam hökumətdə islahatlar və parlament seçkiləri tələbi ilə etiraz aksiya keçirib. Bu ölkədə etirazlar həftələrdir ki, səngimək bilmir. Amerikanın səsinin Əmmandakı müxbirinin bildirdiyinə görə, nümayişçilər "insanlar seçilmiş parlament tələb edir" şüarı səsləndirib.

Etirazçılar minlərlə polis tərəfindən mühasirəyə alınıb. Aksiya iştirakçıları kral Abdullanın təyin etdiyi keçmiş və bu yaxınlarda vəzifəsindən kənarlaşdırılan baş nazirləri pisləyib. Onlar yüksək ərzaq qiymətləri , vergi və nepotizmə etirazlarını bildirib.[4]

İordaniya polisi suvuran maşınlardan istifadə edərək bir-birini daşa basan hökumət loyalistlərini və islahatpərəst nümayilşçiləri dağıdıb. Kral Abdullahın bir neçə yüz tərəfdarı daha böyük izdihama hücum çəkərək onları daşa basdıqdan sonra paytaxt Əmmanda toqquşma baş verib. Fransa Xəbər Agentliyi təhlükəsizlik rəsmisinə istinadən 100-dən çox adamın xəsarət aldığını bildirib. Dünən bir neçə yüz nümayişçi oturaq aksiyaya başlayaraq parlamentin buraxılmasını və baş nazir Maruf əl Baxitin istefasını tələb ediblər. Fəallar özlərini "24 Mart Gəncliyi" qrupu adlandırır. Onların aksiyası bu günədək davam etdikdən sonra Kral Abdullahın tərəfdarları toplaşaraq hökumətə dəstəklərini ifadə ediblər. Müxalifət koalisiyası hər cümə günü aksiyalar keçirərək ölkədə siyasi və iqtisadi islahatlar tələb edir.[5]

  1. "İordaniyada hökumətpərəstlər nümayişçilərə hücum edib". 2011-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  2. "İordaniyada hökumətin tərəfdarları ilə əleyhdarları arasında toqquşma". 2011-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  3. "İordaniya kralı islahatlar istəyir". 2011-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  4. "İordaniyada etirazlar həftələrdir səngimək bilmir". 2011-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-26.
  5. İordaniyada polis nümayişləri dağıdıb[ölü keçid]