Yaxın Şərqdə baş qaldıran etiraz dalğası Mavritaniyaya da çatdı. Ölkədə islahatların aparılması tələbi ilə mitinq keçirilib. Bu barədə yerli polis nümayəndələri məlumat yayıb. Məlumata görə, mitinq dinc mahiyyət daşıyıb. Onların sözlərinə görə, mindən artıq insan paytaxt Nuakşotda sosial ədalətsizliyin aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və işsizlik səviyyəsinin aşağı salınmasını tələb edib. Mitinqçilərin əksəriyyəti tələbələr və gənc insanlar olublar.
Xatırladaq ki, fevralın 24-də Mavritaniyanın baş naziri Mulay uld Məhəmməd Laqdaf bəyan edib ki, hakimiyyət siyasi söz və nümayiş azadlığına zəmanət verir. O həmçinin qeyd edib ki, hökumət sosial problemlərin həllinə də səy göstərir.[1][2]