Bu məqalə qaralama halındadır. |
Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çoxdur ölkəni idarə edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. Nümayişlərdə minlərlə adam iştirak edir. Mitinqlər Sana Universiteti də daxil olmaqla şəhərin 4 nöqtəsində başlayıb. Nümayişçilər hökumət əleyhinə şüarlar qışqırır.
Yəmən iğtişaşları | |
---|---|
Yer | Yəmən |
Tarix | 2011 |
Həlak olanlar |
|
Yaralananlar |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qeyd edək ki, yanvarın 26-da Yəmənin cənubundakı şəhərlərin birində Fuad Sultan adlı sakin özünə od vurub. O, ağır dərəcəli yanıqlar alıb. İntihar cəhdinin səbəbi taksi sürücüsü işləyən F. Sultanın ailəsinin ehtiyaclarını ödəməkdə çətinlik çəkməsidir. Xatırladaq ki, Tunisdə icazəsiz ticarətlə məşğul olan gənc satdığı meyvə-tərəvəz polis tərəfindən müsadirə edildikdən sonra özünü yandırmış, bundan sonra ölkədə kütləvi etirazlar başlamışdı. Daha sonra Misirdə işsizlik, korrupsiya və qiymətlərin yüksək olmasına etiraz edən bir neçə nəfər özünü yandırıb və bu ölkədə də hakimiyyətə qarşı kütləvi aksiyalar başlayıb.[2]
Tunis və Misirdə baş verənlərdən həvəslənən yəmənlilər prezident və hökumətin istefasını tələb edir. "Xalq başqa prezident istəyir", – deyə nümayişçilərdən biri bildirir. Aksiya iştirakçılarının qaldırdığı plakatlardan birinin üzərində yazılıb: "Korrupsiyaya son! Yoxsullarla zənginlər arasındakı uçuruma baxın!" Aksiyada iştirak edən tələbələrin şüarı isə onların nədən həvəsləndiyini açıq şəkildə göstərir: "Baxın Tunis xalqı nələr etdi! Yəmən xalqı daha güclüdür!" [3]
Yəmən hökuməti müxalifətlə dialoqa hazır olduğunu bildirib. Tunisdə baş verən inqilabdan və diktator Ben Əlinin devrilməsindən sonra Yəmən müxalifəti də küçələrə çıxaraq hakimiyyət dəyişikliyinə çağırmışdı. On minlərlə mitinqçi ölkədə korrupsiyaya, yarıtmaz iqtisadi siyasətə qarşı çıxırdı.[4]
Bu saatlarda Yəmənin paytaxtı Səna şəhərində prezident Əli Abdal Salehin tərəfdarları və əleyhdarları aksiya keçirirlər. Onların aksiya keçirdikləri yerlər arasında 100 metr məsafə var. Prezidentin istefasını tələb edənlər universitet binası önünə, prezidenti müdafiə edənlər isə Təhrir meydanına toplaşıblar. Hələ ki, polis iki tərəf arasındakı qarşıdurmanın baş verməsinin qarşısını ala bilir.[5]
On minlərlə hökumət tərəfdarları və əleyhdarları Yəmən paytaxtı Sənanın bir neçə bölgəsində nümayiş keçiriblər. Nümayişlərin zorakılıq hərəkətləri baş vermədən dinc şəkildə sona çatıb. Bu nümayişlər prezidentin hakimiyyəti 2013-cü ildə tərk etməyə söz verməsindən sonraya təsadüf edir. Müxalifət tərəfdarları bu günü "qəzəb günü" elan ediblər və keçirdikləri nümayişdə ölkə başçısını istefaya çağırıblar. Prezident Əli Abdullah Salehin əleyhdarları Səna Universitetində nümayiş keçiriblər. Bu nümayiş, yanvar ayının ortalarından indiyədək Salehə qarşı təşkil edilən ən irimiqyaslı nümayiş olub. Həftələrlə davam edən nümayişlərin ən izdihamlısının təşkilatçıları Tunis və Misirdəki nümayişlərdən ilham aldıqlarını deyib. Salehin tərəfdarları hökumət əleyhinə nümayişçilərin ölkədə stabilliyi pozduqlarını deyərək Səna şəhərinin mərkəzində əllərində bayraqlarla nümayiş keçirib. 32 il Yəmənə rəhbərlik etmiş Saleh nümayişlərə artıq son qoyulmasına çağırıb. Yəmənin Ədən şəhərindən şahid ifadələrinə əsasən verilən xəbərlərdə isə zorakılıqların baş verdiyi, polisin hökumət əleyhinə nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə etdiyi və nəticədə iki adamın yaralandığını bildirilib.[6]
Nümayişçilər prezident Əli Abdullah Salehin istefasını tələb edirlər. Bu gün polislə bir neçə yüz universitet tələbəsi arasında toqquşma baş verib. Nümayişçilər prezident sarayına doqru yürüş etməyə çalışırdılar. Onlardan bəziləri dəyənəklərlə vurulub. Nümayişlər habelə Yəmənin Taiz şəhərində baş qaldırıb. Burada 120 nümayşçi həbsə alınıb. Misirdə baş verən nümayişlər ki, Yəməndə də nümayişçilərin hədəfi ölkəni 30 ildən çox idarə etmiş Salehi devirməkdir.[7]
Yəməndə isə mindən çox müxalifətçi baş nazir Əli Abdullah Salehin istefası və islahatların həyata keçirilməsi tələbi ilə aksiya keçirib. Universitet tələbələri, insan haqları müdafiəçiləri və vəkillər paytaxt Sənada yürüşə çıxıblar.[8]
Yəmən prezidenti Əli Abdulla Saleh fevralın 21-də mətbuat konfransı keçirib. "Media forum" saytı xəbər verir ki, Əli Abdulla Saleh müxalifətin təzyiqlərinə baxmayaraq istefaya getməyəcəyini bildirib: "Mən ancaq seçkidə uduzsam, gedəcəm".
Fevralın 2-də Əli Abdulla Saleh xalqa müraciət edərək 2013-cü ildə keçiriləcək prezident seçkisinə qatılmayacağına və dövlət başçısı postunu oğluna ötürməyəcəyinə söz vermişdi. 68 yaşlı Əli Abdulla Saleh 1978-ci ildən Şimali Yəmənin prezidenti olub, 1990-cı ildən vahid Yəmənə rəhbərlik edir.[9][10]
Fevralın 22-də Yəməndə prezident Əli Abdull Salehin tərəfdarları və prezidentin istefasını tələb edən aksiyaçılar arasında baş verən qarşıdurmada ən azı 2 nəfər həyatını itirib.Prezident tərəfdarları Səna Universiteti qarşısında yığılmış aksiyaçılara atəş açıblar. Aksiyalar bu gün də davam edir.[11][12]
Yəməndə etiraz aksiyaları davam edir. Paytaxt Sənada nümayişlərə qadın tələbələr də qoşulub. Lau-Dar şəhərində nümayişçilərin yaxınlığında partlayış baş verib, 1 nəfər ölüb, 2-si yaralanıb. Prezident Əli Abdullah Saleh isə bu səhər güc strukturlarına nümayişçilərə qarşı zorakılığa qətiyyən yol verməməyi əmr edib. Yəməndə bu günədək keçirilən nümayişlərdəki toqquşmalar zamanı 15 nəfər həlak olub.[13]
Yəməndə hökumətin nümayişçilərə qarşı güc tətbiq etməsinə etiraz olaraq, 8 millət vəkili istefa verdi. Millət vəkilləri prezident Əli Abdullah Salihin istefa tələbi ilə paytaxtda oturaq aksiya keçirən nümayişçilərə qarşı polisin güc tətbiq etməsinə etiraz olaraq 24 fevral tarixində istefa verdiklərini bəyan ediblər. Daha 59 millət vəkilinin hökumətə etiraz olaraq istefa verəcəyi haqda məlumat yayılıb.[14]
25 fevralda polislə nümayişçilər arasındakı toqquşmada 4 aksiya iştirakçısı həyatını itirib. Onlar polislər tərəfindən öldürülüb.[15]
Yəmən prezidenti Əli Abdullah Saleh ABŞ və İsraili Yaxın Şərqdə münaqişə yaratmaqda günahlandıraraq deyib: "Tunisdən Omanadək ərəb dünyasında baş qaldırmış təlatümlər Vaşinqtonun rəhbərliyi ilə Təl-Əviv tərəfindən hazırlanıb".[16]
Yəməndə hökumət əleyhinə nümayiş keçirən kütlə ilə polis arasında növbəti toqquşma baş verib. Toqquşma Sədr şəhəri küçələrində baş verib. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları isə polis maşınlarını yandırıb. Ölkənin bir sıra digər şəhərlərində də nümayişlər keçirilib. Toqquşmalarda bir neçə nəfərin həlak olduğu bildirilsə də, onların dəqiq sayı açıqlanmır.[17]
Yəmən prezidenti Əli Abdulla Saleh yaxın 9 ay ərzində postunu tərk etməyə razılaşıb. Əli Abdulla Saleh postunu 2011-ci ilin sonunda tərk edəcək və hakimiyyəti demokratik partiyalara verəcək. Hazırda isə Yəmən prezidentinin istefası tələbi ilə keçirilən mitinqlərdə iştirak edən aksiyaçılara hücumla bağlı halların araşdırılması üçün komissiya formalaşdırılacaq. Bu mitinqlər zamanı 27 nəfər öldürülüb. Zərər çəkənlərin hamısının ailəsi dövlət hesabına kompensasiya alacaq.[18]
Yəməndə müxalifət paytaxt Sənada istefa tələblərini davam etdirir. Ölkənin cənubunda keçirilən aksiyada daha iki nəfər ölüb.[19] Yəmənin şimalında prezident Əli Abdullah Salehinin istiefası tələbi ilə keçirilən mitinqin dağıdılması üçün sərt tədbirlərə əl atılıb. Ordu aksiya iştirakçılarını atəşə tutub. Müxalifətçilər bildirir ki, onlara tərəf 2 reaktiv raket də atılıb. Ən azı 2 nəfər həlak olub, 10-dək yaralı var.[20][21]
Yəməndə yenidən minlərlə nümayişçi hökumət əleyhinə yürüş keçirib. Yəməndə hökumət qüvvələri ilə qarşıdurma zamanı 4 nəfərin öldürülməsindən sonra bu gün yenidən minlərlə hökumət əleyhinə nümayişçi yürüş keçirib. Nümayişçilər prezident Əli Abdulla Salehin istefasını tələb edib. Təhlükəsizlik qüvvələri havaya xəbərdarlıq atəşi açıb, nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Prezident Saleh isə bir daha hakimiyyəti tərk etməyəcəyini və 2013-cü il prezidentlik müddəti başa çatanadək vəzifəsində qalacağını bəyan edib.[22] Martın 8-də Yəmənin paytaxtı Səna şəhərində polis aksiyaçılara atəş açıb. Azı 50 nəfər yaralanıb. Yaralıların 3-ün vəziyyəti ağırdır. Qeyd edək ki, yanvarın 27-dən Sənada prezident Əli Abdull Salehin istefası tələbi ilə aksiyalar keçirilir. Bu günə qədər 27 aksiyaçı həyatını itirib. Aksiyalar artıq Atak və Ədən şəhərlərində də keçirilir.[23]
Yəmənin dövlət başçısı Əli Abdullah Saleh müxalifətə milli birlik hökumətinin yaradılmasını təklif edib. O, müxalifət nümayəndələrinin də daxil olduğu hökumətin yeni konstitusiya layihəsini hazırlamasını təklif edib. Prezident məhz milli birlik hökumətinin hazırladığı yeni konstitusiya layihəsi əsasında ölkənin parlament üsul-idarəçiliyinə keçməsi təklifini irəli sürüb. Müxalifət isə prezidentin təklifini rədd edib və nümayişlərin davam etdiriləcəyini bildirib. "Bu, gecikmiş təklifdir. Bizim tələblərimiz daha genişdir", – deyə müxalifət təmsilçisi Məhəmməd Kahtan bildirib.[24]. Yəmən prezidenti Əli Abdulla Saleh elan edib ki, ölkə yeni konstitusiya qəbul edəcək və parlament sistemi ilə idarə olunacaq. Saleh deyib ki, yeni konstitusiyaya dair ümumxalq referendumu keçiriləcək və hakimiyyət parlament tərəfindən seçiləcək hökumətə ilin sonuna kimi ötürüləcək. Yəmən müxalifətinin lideri Yassin Səid Numan deyib ki, prezident öz təşəbbüsü ilə ləngiyib. Amma o təkliflə tanış olacağını söz verib.[25]
prezident Əli Abdullah Salehinin istefası tələbləri ilə gecədən səhərədək küçələrdə olan nümayişçilərlə polis arasında toqquşma ən azı 1 nəfərin həyatına son qoyub. 300-dən artıq yaralı var. Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan, odlu silahdan istifadə edib. ABŞ prezidenti Barak Obama Yəmən hakimiyyətini zorakılığa yol verməməyə, müxalifətlə danışıqlara getməyə çağırıb.[26]
Yəməndə hökumət əleyhinə nümayişlər davam edir. Paytaxtla yanaşı, digər şəhərlərdə də izdihamlı mitinqlər keçirilir. Bu gün səhər saatlarında hökumət paytaxt Sanaya ordu və zirehli texnika yeridib. Ordu həftələrdir nümayişçilərin çadırlarda gecələdiyi ərazini mühasirəyə alıb. Şahidlər Taiz şəhərində atışma səslərinin eşidildiyini bildirir.[27]
Yəməndə polisin prezident Ali Abdulla Salehin hakimiyyətdən getməsini tələb edən aksiya iştirakçılarına atəş açması və gözyaşardıcı qazlardan istifadə etməsi nəticəsində 14 nəfər yaralanıb.[28]
Yəmən hərbçiləri paytaxt Səna şəhərində prezident Ali Abdullah Salihin istefasını tələb edən aksiya iştirakçılarına atəş açıb. Hərbçilər cümə namazından sonra paytaxtın mərkəzi meydanına gedərək aksiya keçirmək istəyən insanların qarşısını almaq üçün atəş açıblar. Ən azı 30 nəfər ölüb, 100 nəfər yaralanıb.[29]
Yəməndə prezident Əli Abdalla Salehə sadiq Milli Qvardiya hissələri müxalifətin tərəfinə keçmiş hərbi hissələrlə döyüşləri davam etdirir. Martın 24-ü ölkənin şərqindəki Hadramaut vilayətindəki Mukalla şəhərində qanlı toqquşmalar olub. Döyüşlərdə bir polkovnik həlak olub. Müxalifətçilər prezidentin təcili istefasını tələb edirlər. Əli Abdalla Saleh 1978-ci ildə Şimali Yəmənin prezidenti olub. 1990-cu ildə Şimal və Cənubi Yəmənin birləşməsindən sonra isə o, yeni yaranmış Yəmən Respublikasına başçılıq edib.[30]
Yaxın Şərq və Şimali Afrika ölkələrində etiraz dalğası (2010-2011)