Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb.
Seyful-İslam Qəddafi | |
---|---|
ərəb. سيف الإسلام القذافي, | |
Doğum tarixi | 25 iyun 1972 (52 yaş) |
Doğum yeri |
|
Atası | Müəmmər əl-Qəzzafi |
Anası | Safiya Qəddafi |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, mühəndis, memar, hərbi qulluqçu |
Elmi dərəcəsi | |
gicdf.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var.
Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır.
2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi. O, ingilis dilində sərbəst danışır, London İqtisadiyyat Məktəbində fəlsəfə doktoru dərəcəsi almışdır.
Qərbdə Seyf əl-İslam Liviyada həbs olunmuş 5 bolqar tibb bacısı və bir fələstinli həkimin azadlığa buraxılmasında oynadığı rola görə də tanınır. Liviya hökuməti həmin tibb işçilərini azyaşlı uşaqları HİV virusuna yoluxdurmaqda ittiham edirdi.
Seyf əl-İslam Qəddafi son 10 ildə Liviyanın Qərb dövlətləri ilə danışıqlar aparmasında da müsbət rol oynayıb. Bu danışıqlar sayəsində Liviya nüvə silahından imtina edib. On illərdir Qərbin düşməni qismində davam edən izolyasiyaya son qoyulub. Bununla da o, ölkənin neft sektoruna xarici investisiyanın qoyulmasına yol açıb.
Seyf əl-İslam hətta islahat təkliflərinə görə hakim elita ilə üz-üzə gəlib. Bəzi analitiklər bildirirlər ki, onun mühafizəkar rəqiblərinin arxasında qardaşları — milli təhlükəsizlik müşaviri olan Mütəssim və orduda yüksək mövqe tutan Xamis dayanır.
O, ərəb ölkələrini bürüyən etiraz dalğası çərçivəsində atasının 40 illik hakimiyyətinə qarşı başlanmış iğtişaşlarla bağlı 2011-ci il 20 fevral tarixli televiziya çıxışında atasının hakimiyyətini son ana qədər qoruyub saxlayacağını bildirmiş, həmçinin mühacirətdə yaşayanları ölkədəki iğtişaşları qızışdırmaqda ittiham etmişdir. Eyni zamanda islahatlar aparmaq üçün dialoq təklifi də irəli sürmüşdür.