Seyyid Əli Xameneyi

Əli Xamenei[3] (fars. سید علی حسینی خامنه‌ای‎; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939[1][2][…], Məşhəd, Pəhləvilər İranı[d])[4][5]On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir.[6][7] 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir.[8]

Əli Xamenei
fars. سید علی حسینی خامنه‌ای
Vəzifədədir
4 iyun 1989-cu ildən
PrezidentHaşimi Rəfsəncani
Məhəmməd Hatəmi
Mahmud Əhmədinecad
Həsən Ruhani
İbrahim Rəisi
Məsud Pezeşkian
Baş nazirMir Hüseyn Musəvi
ƏvvəlkiRuhullah Xomeyni
9 oktyabr 1981 – 16 avqust 1989
ƏvvəlkiMəhəmmədəli Rəcai
SonrakıƏli Əkbər Haşimi Rəfsəncani
Tehranın imamcüməsi
Vəzifədədir
14 yanvar 1980-ci ildən
ƏvvəlkiHüseynəli Müntəziri
Şəxsi məlumatlar
Doğum tarixi 19 aprel 1939(1939-04-19)[1][2][…] (85 yaş)
Doğum yeri
Partiya İslam Respublikası Partiyası (1979–1987)
Təhsili
  • Qum elmiyyə hövzəsi[d]
Fəaliyyəti fəqih, siyasətçi, tərcüməçi, yazıçı, şair
Uşaqları 6
Dini islam
Hərbi xidmət
Mənsubiyyəti İran
Qoşun növü İran İnqilab keşikçiləri Ordusu
Rəhbərlik edib
Döyüşlər

İmzanın şəkli
khamenei.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi.[9] Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi.[10][11] Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi.[12][13] Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçdi. Əkbər Haşimi Rəfsəncaninin dediyinə görə, Xamenei ölmədən əvvəl Xomeyninin varisi seçdiyi adam idi. Xamenei 14 aprel 1979-cu ildən bəri "Astan Quds Razavi"nin xidmətçilərinin rəhbəridir.[14]

Ali rəhbər olaraq Xamenei İslam Respublikasında ən güclü siyasi səlahiyyətlidir.[15][16] O, İran dövlətinin başçısı, İran silahlı qüvvələrinin baş komandanıdır. Əli Xamenei, həmçinin fərmanlar imzalama və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə kimi bir çox sahələrdə hökumətin əsas siyasətlərinə dair son qərarı vermə səlahiyyətinə sahibdir.[17][18][19][20][21][22] Kərim Səcədpurun sözlərinə görə, Xamenei hökumətin icraedici, qanunverici və məhkəmə qollarına, həmçinin hərbə və mediaya birbaşa və ya dolayı nəzarət edir.[8] Mütəxəssislər Məclisinə, Prezidentliyə və Məclisə (Parlament) bütün namizədlər, üzvlərinin İranın Ali Rəhbəri tərəfindən birbaşa və ya dolayı yolla seçilən Qəyyumlar Şurası tərəfindən yoxlanılır.[23] Xamenei tərəfindən əmr edildikdən sonra Qəyyumlar Şurasının müəyyən insanlara qoyulan qadağanı ləğv etdiyi hallar da olmuşdur.[24]

Xameneinin hakimiyyəti dövründə 1994-cü il Qəzvin etirazları,[25] 1999-cu il İranlı tələbə etirazları, 2009-cu il İranda prezident seçkiləri etirazları,[26][27][28] 2011–12-ci il İran etirazları, 2017–18-ci il İran etirazları və 2018–2019-cu il İran etirazları kimi bir sıra böyük etirazlar olmuşdu. İranda jurnalistlər, bloggerlər və digər şəxslər Ali Rəhbər Xamenei və eyni zamanda dini təhqir etmək ittihamları ilə mühakimə olunub, həbslə, döyülmə ilə cəzalandırılırlar, onlardan bəziləri həbsdə vəfat etmişdi.[29][30] İranın nüvə proqramı ilə əlaqəli olaraq, Xamenei 2003-cü ildə hər cür kütləvi qırğın silahının istehsalını, yığılmasını və istifadəsini qadağan edən fətva verdi.

Əli Xamenei 17 iyul 1939-cu ildə (H. Ş. 24. aprel 1318; H. Q. 28. fevral 1358) İranın Məşhəd şəhərində atası Höccətül-İslam vəl-müslimin Seyyid Cavad Xameneinin evində anadan olmuşdur.[31] Mənbələr onun etnik Azərbaycanlı olmasıyla bağlı həmfikirdir.[32][33][34][35]

Əli Xameneinin öz dediyinə görə uşaqlığı yoxsul keçmişdir: "Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi".[31]

Əli Xamenei doğulduğu ev haqqında isə belə demişdir: "Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60–70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gələrkən (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu"[31]

Ayətullah Xamenei uşaq yaşlarından sırf İslami tərbiyə ilə böyümüşdür. Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş "Darut-təlime diyanəti" adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar.

Elmiyyə hövzəsində

[redaktə | mənbəni redaktə et]

Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan "Camiul-muqəddəmat" kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: "Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir".

O, ərəb dilini atasının nəzarəti altında "Süleyman xan" və "Nəvvab" mədrəsələrinin müəllimləri yanında "Camiul-muqəddəmat", "Siyuti", "Muğni" və s. kitablardan öyrənmişdir. "Kitabu məalim"i də həmin vaxtlarda oxumuşdur. Sonra "Şərayiul-İslam" və "Şərhe Lumə"ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, "Rəsail" və "Məkasib"i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini "Mənzumeye Səbzevari"dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.

Nəcəf şəhərinin elmiyyə hövzəsində

[redaktə | mənbəni redaktə et]

Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.

1336-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır.

Qum şəhərinin elmiyyə hövzəsində

[redaktə | mənbəni redaktə et]

Ayətullah Xamenei 1337–1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, bu barədə belə deyir: "Məşhədə qayıtdım, Allah-Taala müvəffəqiyyətimi daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə, həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir".

Ayətullah Xamenei iki yol arasında qalmışdı: Qumda qalıb təhsil almaq və ya Məşhədə dönüb, "mirvari suyu"ndan görmə qabiliyyətini itirmiş atasına xidmət etmək. Amma o, Məşhədə qayıtmaqla doğru yolu seçmiş oldu. Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah-Taala ona ətrafdakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?!

O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi.

Ayətullah Xamenei Ayətullah əl üzma Şəhrudi və Ayətullah əl üzma Burucərdidən içtihad təsdiqnaməsi almışdır.

Seyyid Əli Xamenei Məşhəd şəhərinə qayıtdığı ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayə) verməyə başladı və ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etmişdir. Bundan başqa Həzrət Ayətullah prezidentlik dövründə təfsir dərslərinə davam etmişdir.

1989-cu ildə Ayətullah Xamenei xarici-fiqh dərsləri deməyə başlamışdır. İndiyə qədər cihad, qisas, məkasibi-muhərrəmə bablarını tədris etmişdir.

Ayətullah Seyyid Əli Xameneinin ictihad və mərcəliyini təsdiq edən alimlərin siyahısı:

  1. Həzrət Ayətullah Hacı Şeyx Əli Meşkini – 6. avqust 1990
  2. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani – 24. iyul 1990
  3. Həzrət Ayətullah Hacı Şeyx Abdulla Cavadi Amili – 24. iyul 1990
  4. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Mömin – 4. avqust 1990
  5. Həzrət Ayətullah Hacı Şeyx Yusif Saneyi – 26. avqust 1990
  6. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi – 17. iyun 1990
  7. Həzrət Ayətullah Hacı Şeyx Hüseyn Rasti Kaşani- 12. dekabr 1994
  8. Həzrət Ayətullah Hacı Seyid Cəfər Kərimi – 1. dekabr 1994
  9. Həzrət Ayətullah Hacı Şeyx Mortəza Bəni Fəzl – 1. dekabr 1994
  10. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi
  11. Həzrət Ayətullah Hacı Seyid Abbas Xatəm Yəzdi –27/6–1415 h.q
  12. Həzrət Ayətullah Hacı Şeyx Əhməd Cənnəti – 15/9–1373
  13. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Cənnati – 9/9–1373
  14. Həzrət Ayətullah Şeyx Əbulfəzl Xunsari – 30 cəmadiolsani 1415
  15. Həzrət Ayətullah Hacı Seyid Mahmud Haşimi – 27 cəmadiolsani 1415
  16. Həzrət Ayətullah Hacı Şeyx Rza Ostadi – 1415-ci ilin cəmadiolsani ayı
  17. Həzrət Ayətullah Hacı Şeyx Əhməd Sabiri Həmədani – 10/9–1373
  18. Həzrət Ayətullah Hacı Şeyx Abbas Məhfuzi
  19. Həzrət Ayətullah Şeyx Əliəsğər Məsumi – 11/9–1373
  20. Həzrət Ayətullah Cəlaləddin Tahiri 29 cəmadiolsani 1415
  21. Həzrət Ayətullah Musəvi Həmədani – 12/9–1373
  22. Həzrət Ayətullah Hacı Şeyx Hadi Ruhani
  23. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn Zərəndi – 13/9–1373
  24. Həzrət Ayətullah Seyid Məhəmməd Bağır Həkim – 27 cəmadiolsani 1415 h.q
  25. Həzrət Ayətullah Hacı Seyid İsmayıl Musəvi Zəncani – 12/9–1373
  26. Həzrət Ayətullah Hacı Şeyx Əbdülhüseyn Qərəvi – 26 cəmadiolsani 1415 h.q
  27. Həzrət Ayətullah Hacı Mirzə Cəfər Əşraqi – 26 cəmadiolsani 1415 h.q
  28. Həzrət Ayətullah Hacı Şeyx Mirzə Əli Ğəzəlcəyi – 26 cəmadiolsani 1415 h.q
  29. Həzrət Ayətullah Hacı Seyid Əliəkbər Qüreyşi – 10/9–1373
  30. Həzrət Ayətullah Hacı Seyid Əli Şəfii – 12/9–1373
  31. Həzrət Ayətullah Hacı Seyid İsmayıl Haşimi – 12/9–1373
  32. Həzrət Höccətülislam Hacı Şeyx Məhəmməd Vaizzadə – 30 cəmadiolsani 1415 h.q
  33. Həzrət Ayətullah Hacı Şeyx Hadi Barikbin
  34. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Əli Təsxiri – 1415 h.q
  35. Höccətülislam Hacı Şeyx Əhməd Möhseni Qorqani – 10/9–1373
  36. Həzrət Ayətullah Hacı Şeyx Abbas Vaiz Təbəssi – 29 cəmadiolsani 1415 h.q
  37. Həzrət Ayətullah Hacı Seyid Kamal 29 cəmadiolsani 1415 h.q
  38. Höccətülislam vəl-Müslimin Hacı Şeyx Məhyəddin Fazil Hərəndi.
  39. Həzrət Ayətullah Qərəvian – 13/9–1373
  40. Höccətülislam Seyid Yəhya Cəfəri
  41. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn
  42. Həzrət Ayətullah Malik Hüseyni – 15/9–1373
  43. Həzrət Ayətullah Hacı Seyid Məhəmməd Əli Cəzayeri

Siyasi mübarizələri

[redaktə | mənbəni redaktə et]

Ayətullah Xamenei özünün dediyi kimi İmam Xomeyninin siyasətçi və inqilabçı şagirdlərindən idi. Siyasət və mübarizlik ruhunu ilk dəfə Şəhid Seyid Müctəba Nəvvab Səfəvidən almışdır. 1331-ci ildə Nəvvab Səfəvi bir qrup İslam fədakarları ilə Məşhəd şəhərinə gəlib, "Süleyman xan" mədrəsəsində "İslam dirçəlişi və dini dövlət", "Şah və ingilislərin İran millətinə etdiyi fırıldaqlar" mövzularında etdiyi həyəcandolu məruzələri ilə onun kimi gənclərə mübarizlik hisslərini aşılamışdı. O zamanlar Ayətullah Xamenei "Süleyman xan" mədrəsəsinin cavan tələbələrindən idi. O, Şəhid Nəvvabı belə xatırlayır: "Həmin vaxtlar İslami inqilab fikrini bizdə Nəvvab yaratmışdır və heç şübhə yoxdur ki, ilk inqilab alovunu da bizim qəlbimizdə elə mərhum Nəvvab yandırdı".

Xomeyni hərəkatında

[redaktə | mənbəni redaktə et]

Ayətullah Xamenei 1341-ci ildə Qum şəhərində məskunlaşmışdı. Bu dövrlərdə İmam Xomeyni Muhəmməd Rza Şah Pəhləvinin qeyri-islami və amerikapərəst siyasətinə qarşı etiraza başlamışdı. Ayətullah Xamenei 16 il İmam Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir, işgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur, bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu. İlk dəfə o, 1383-cü ilin məhərrəm ayında İmam Xomeyninin müraciətini, xüsusilə məhərrəm ayındakı təbliğat proqramını, şahın Amerika siyasətini, İranın acınacaqlı vəziyyətini ifşa etmək yollarını Ayətullah Milani və digər Xorasan alimlərinə çatdırmaq üçün ezam olundu. Bu müraciəti çatdırdıqdan sonra Bircənd şəhərinə yollandı və orada İmamın göstərişinə əsasən Amerika və şah rejimini ifşa etməklə məşğul oldu. Bu səbəbdən məhərrəm ayının 9-u (12 xordad, 1342-ci il) tutularaq bir gecəlik həbsxanada saxlanıldı. Lakin səhəri gün minbərə çıxmamaq və nəzarət altında qalmaq şərtiylə azadlığa buraxıldı. Qanlı 15 xordad hadisəsindən sonra yenidən həbs edilərək, Bircənddən Məşhəd şəhərinə gətirildi və 10 gün müddətində ən ağır şəraitdə işgəncə və əziyyətlərlə məruz qalaraq həbsxanada saxlanıldı.

1383-cü ilin ramazan ayında (1342-ci il, bəhmən ayı) Ayətullah Xamenei bir neçə dostu ilə birlikdə nəzərdə tutduqları proqrama əsasən Kerman şəhərinə yola düşdülər. 2–3 gün Kermanda qalıb minbərdə məruzələr etdilər, şəhərin alim və tələbələri ilə görüşdükdən sonra Zahidan şəhərinə yollandılar. Onların, xüsusilə 6 bəhmən – şahın saxta referendum və seçki ildönümü günü – ərəfəsində etdikləri çıxışlar camaat tərəfindən rəğbətlə qarşılandı. Ramazan ayının 15-də İmam Həsənin (ə) mövlud günü Pəhləvi rejiminin şeytani siyasətinin ifşası və inqilab həyəcanı ən yüksək zirvəsinə çatmışdır. Onları gecəyarı həbs edərək, təyyarə ilə Tehrana gətirdilər. Rəhbər iki aya yaxın "Qızılqala" həbsxanasında birnəfərlik kamerada saxlanılaraq, ağlasığmaz işgəncələrə məruz qaldı.

Üçüncü və dördüncü həbs

[redaktə | mənbəni redaktə et]

Tehran və Məşhəddə Ayətullah Xameneinin keçdiyi təfsir, hədis və digər İslami dərslər cavan nəsil tərəfindən böyük həvəslə qarşılanırdı. Bu fəaliyyətlər SAVAK-ın (ölkənin təhlükəsizlik komitəsi) narahatlığına səbəb olduğundan onu daim təqib edirdilər. 1345-ci ildə Tehranda bir il müddətində məxfi yaşamasına baxmayaraq 1346-cı ildə tutularaq yenidən həbs olunur.

Azadlığa buraxıldıqdan sonra fəaliyyətini davam etdirib yığıncaqlar təşkil edirdi. 1349-cu ildə isə növbəti dəfə Pəhləvi SAVAK-ı tərəfindən həbs olunur.

Ayətullah Xamenei özünün beşinci dəfə həbs olunması haqqında belə yazır: "48-ci ildə İranda silahlı hərəkatın başlanacağı hiss olunurdu. Bu cərəyanların mənimlə əlaqədar olduğunu düşünüb mənə qarşı daha sərt mövqedə dayandılar. 50-ci ildə beşinci dəfə həbs olundum. SAVAK-ın zindandakı kobud davranışları açıq-aydın bunu göstərirdi ki, dövlət silahlı mübarizənin İslam təfəkkürünə bağlanmasından qorxur. Mənim Tehran və Məşhəddəki təbliğ və fikirlərimin bu cərəyanlardan uzaq olduğuna heç cür inanmırdılar.

Azadlığa buraxıldıqdan sonra elmi fəaliyyətim genişlənir, təfsir və məxfi keçdiyim ideoloji dərslər daha da artırdı".

Altıncı həbs

[redaktə | mənbəni redaktə et]

1350–1353-cü illərdə Ayətullah Xameneinin təfsir və ideologiya sahəsində keçdiyi dərslər Məşhədin üç məscidində: "Kəramət", "İmam Həsən", "Mirzə Cəfər" məscidlərində təşkil olunurdu. Minlərlə insan, xüsusilə açıqfikirli gənclər və tələbələr İslami elmə yiyələnmək üçün bu məscidlərə axışırdılar. Onların Nəhcül-bəlağə dərsləri "Nəhcül-bəlağədən seçmələr" başlığı altında çap olunmuş broşüralardan keçilirdi.

Cavan və inqilab ruhlu bu tələbələr sonradan İranın müxtəlif şəhərlərinə gedib həqiqəti camaata çatdırır, onların zehinlərində İslam inqilabı fikirlərini oyadırdılar. Bu cür fəaliyyət nəticəsində 1353-cü ilin dey ayında SAVAK Ayətullah Xameneinin Məşhəddəki evinə hücum edərək, onun bir sıra əlyazma və qeydlərini ələ keçirib, özünü isə həbs etdi. Bu həbs altıncı və ən ağır həbs idi. Ayətullah Xamenei 1354-cü ilin payızına qədər polis idarəsində, özü də birnəfərlik kamerada ən ağır şəraitdə saxlanıldı. O, bu müddət ərzində dözdüyü çətinlikləri belə izah edir: "Yalnız o əziyyəti görənlər mənim nələr çəkdiyimi dərk edə bilərlər".

Ayətullah Xamenei azadlığa buraxıldıqdan sonra Məşhəd şəhərinə qayıdaraq yenidən həmin şövq və həvəslə əvvəlki fəaliyyətini davam etdirir, lakin ona sinif təşkil edib dərs deməyə imkan vermirdilər.

1356-cı ildə Ayətullah Xamenei cinayətkar Pəhləvi rejimi tərəfindən üç il müddətinə İranşəhrə sürgün edilir. 1357-ci ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır və yenidən qaniçən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır.

On beşillik gərgin mübarizə və mücadilədən sonra nəhayət, bir gün bütün bu əziyyətlər sona çatır və zülmkar Pəhləvi dövləti devrilərək İranda böyük İslam inqilabı qələbə çalır.

Qələbə ərəfəsində

[redaktə | mənbəni redaktə et]

İslam inqilabı ərəfəsində İmam Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Şəhid Mütəhhəri, Şəhid Behişti, Haşimi Rəfsəncani və b. böyük şəxsiyyətlərin iştirakı ilə "İslam İnqilabı Şurası" təşkil olunur. Ayətullah Xamenei də İmamın göstərişi ilə bu şuraya üzv seçilir. İmamın müraciəti Şəhid Mütəhhəri vasitəsilə Ayətullah Xameneiyə çatdırıldıqdan sonra o, Məşhəddən Tehrana yola düşür.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  1. İnqilab şurasının üzvü
  2. Sistan və Bluçestan məmurluğu
  3. İslam İnqilab ordusunun rəhbəri
  4. Tehranın İmam Cüməsi (Ayətullahul-Üzma Taliqani (r.ə) vəfat etdikdən sonra İmam Xomeyni (r.ə) tərəfindən Tehranın İmam Cüməsi təyin olundu)
  5. İmam Xomeyni (r.ə)-in ali müdafiə şurasındakı müşaviri
  6. Ölkə prezidentliyi.

Seyyid Əli Hüseyni Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. Bu hadisədən sonra İmam Xomeyni (r.ə) onun barəsində belə buyurdu: "…Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, islam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz."

İslam inqilabının banisi İmam Xomeyninin 1989-cu ildə vəfatından sonra "Xübrəqan" məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Əli Xamenei islam inqilabının rəhbəri seçildi.

  1. 250 Yaşlı İnsan
  2. İmam Həsən Müctəbanın (ə) Sülhü
  3. İmam Səccadın (ə) həyatı barədə təhqiqat
  4. İmam Rza (ə)
  5. İmam Rzanın (ə) siyasi şəxsiyyəti
  6. İslamda hökumət
  7. Nəhcül-Bəlağədən dərslər
  8. Vilayət Nurları
  9. Əxlaq dərsi
  10. İslamı düzgün anlamaq
  11. Şəhadət ətri
  12. Məzlumiyyət fəryadı
  13. Əcvibətul İstiftaat
  14. Mən və kitab və s.
  1. 1 2 La Libre Belgique (fr.). 1915. ISSN 1379-6992
  2. 1 2 https://farsi.khamenei.ir/memory-content?id=26142#600.
  3. "A photo of Identity document of Ayatollah Khamenei" (fars). Khamenei.ir. 1 February 2010. 14 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 January 2018.
  4. "Ali Khamenei". CGIE (fa). 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-29.
  5. "taking look at the biography of Ali Khamenei". khamenei (fa). 8 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2014.
  6. "Iran". State. 23 July 2010. 21 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2010. The government monitored meetings, movements, and communications of its citizens and often charged persons with crimes against national security and insulting the regime based on letters, e-mails, and other public and private communications.
  7. "ProFayl: Ayatollah Seyed Ali Khamenei". BBC News. 17 June 2009. 26 March 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2009.
  8. 1 2 "The Supreme Leader – The Iran Primer". 30 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 July 2016.
  9. "Khamenei.ir". 12 November 2013 tarixində orijinalından arxivləşdirilib.
  10. Khamenei has kept a low profile [daimi ölü keçid] Agence France Presse, 20 June 2009. Retrieved 24 September 2009.[ölü keçid]
  11. Maziar Bahari. "How Khamenei Keeps Control". Newsweek. 6 April 2007. 25 October 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2010.
  12. "Khamenei Will Be Iran's Last Supreme Leader". Newsweek. 17 November 2009. 16 September 2017 tarixində arxivləşdirilib. referring to the enormous power Khamenei has given Iran's Islamic Revolutionary Guards Corps, which, under Khamenei's direct control, has brutally repressed demonstrators, human rights activists, and opposition journalists.
  13. Jamsheed K. Choksy. "Tehran Politics: Are the Mullahs Losing Their Grip?". World Affairs Journal. 22 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 July 2020. Khamenei has strengthened alliances with militant commanders, especially within the Islamic Revolutionary Guard Corps (IRGC), in the hope that all opposition to his authority will continue to be suppressed—as it was during the protests of 2009.
  14. "انتصاب آیت‌الله خامنه‌ای به عنوان رئیس خدمه‌ی آستان قدس رضوی". farsi.khamenei.ir. khamenei.ir. 19 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2017.
  15. "ProFayl: Iran's 'unremarkable' supreme leader Khamenei". BBC News. 4 August 2011. 18 February 2012 tarixində arxivləşdirilib.
  16. Ganji, Akbar, "The Latter-Day Sultan: Power and Politics in Iran", Foreign Affairs, November December 2008
  17. "Iran's Khamenei hits out at Rafsanjani in rare public rebuke". Middle East Eye. 4 April 2016 tarixində arxivləşdirilib.
  18. "Khamenei says Iran must go green – Al-Monitor: the Pulse of the Middle East". Al-Monitor. 22 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 March 2016.
  19. Louis Charbonneau and Parisa Hafezi. "Exclusive: Iran pursues ballistic missile work, complicating nuclear talks". Reuters. 16 May 2014. 31 July 2017 tarixində arxivləşdirilib.
  20. "IranWire – Asking for a Miracle: Khamenei's Economic Plan". 7 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 July 2020.
  21. "Khamenei outlines 14-point plan to increase population". 22 May 2014. 1 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 May 2017.
  22. "Iran: Executive, legislative branch officials endorse privatization plan". 5 January 2017 tarixində arxivləşdirilib.
  23. "Rafsanjani breaks taboo over selection of Iran's next supreme leader". The Guardian. 18 December 2016 tarixində arxivləşdirilib.
  24. "Iran reverses ban on reformist candidates". The Guardian. 21 December 2016 tarixində arxivləşdirilib.
  25. "The Basij Mostazafan – A culture of martyrdom and death". Al Arabiya. 7 December 2016 tarixində arxivləşdirilib.
  26. "Khamenei was the victim of an attempted assassination". LinkDay. 11 October 2016 tarixində orijinalından arxivləşdirilib.
  27. "Police Are Said to Have Killed 10 in Iran Protests". The New York Times. 28 December 2009. 5 February 2010 tarixində arxivləşdirilib.
  28. "Several killed, 300 arrested in Tehran protests". 31 December 2009 tarixində arxivləşdirilib.
  29. "IRAN 2015 HUMAN RIGHTS REPORT" (PDF). ABŞ Dövlət Departamenti. 2017-01-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-31. During the year the government arrested students, journalists, lawyers, political activists, women's activists, artists, and members of religious minorities; charged many with crimes such as "propaganda against the system" and "insulting the supreme leader;" and treated such cases as national security trials (see sections 1.a. through 1.e.; section 6, Women; and section 7.a.).
  30. "IRAN 2016 HUMAN RIGHTS REPORT" (PDF). ABŞ Dövlət Departamenti. 2020-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-31.
  31. 1 2 3 "Ayətullah Xameneinin tərcümeyi-halı" (az.). leader.ir. 2010-02-06. 2016-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-27.
  32. Encyclopedia of the Peoples of Africa and the Middle East – Facts on File, Incorporated, 2009, p.79
  33. "Iran and the Caucasus: The Triumph of Pragmatism over Ideology – Centre for World Dialogue". Worlddialogue.org. 27 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2014.
  34. "Azeris unhappy at being the butt of national jokes". UN Office for the Coordination of Humanitarian Affairs. IRIN. 25 May 2006. 14 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2009.
  35. "Iran at sea over Azerbaijan". Asia Times Online. 28 September 2004. 18 June 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2009. Indeed, Iran's leader Ali Khamenei is an ethnic Azeri and so is Rahim Safavi, the overall commander of the Islamic Revolutionary Guards Corps (IRGC) and the most important military-security official in the country.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]