2012-ci ildə Azərbaycan-Ermənistan münaqişələri

ErmənistanAzərbaycan silahlı qüvvələri arasında 2012-ci il sərhəd toqquşmaları iyun ayının əvvəllərində baş verdi. Qarşıdurmalar hər iki tərəfin itkilər verməsi ilə nəticələndi.

Azərbaycan–Ermənistan sərhədində toqquşma
  Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə edilən ərazi   Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən iddia edilən, ancaq Azərbaycan Respublikası tərəfindən idarə edilən ərazi
  Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə edilən ərazi
  Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən iddia edilən, ancaq Azərbaycan Respublikası tərəfindən idarə edilən ərazi
Tarix 25 Aprel – 4 iyun 2012
(1 ay 1 həftə 3 gün)
Yeri Ermənistan-Azərbaycan sərhədi və təmas xətti, Dağlıq Qarabağ, Azərbaycan
Münaqişə tərəfləri

 Ermənistan
Dağlıq Qarabağ Respublikası

 Azərbaycan

Komandan(lar)

 Ermənistan Serj Sarkisyan
Dağlıq Qarabağ Respublikası Bako Saakyan

 Azərbaycan İlham Əliyev

İtkilər

 Ermənistan 3 əsgər öldü, 6 yaralı
Dağlıq Qarabağ Respublikası 1 əsgər öldü, 2 yaralı

 Azərbaycan 1 əsgər öldü
2 yaralı

Azərbaycan-Ermənistan sərhəddi və Qarabağ

İki ölkə 1990-cı illərin əvvəllərindən Dağlıq Qarabağ anklavı uğrunda müharibə aparırdı, gərginlik isə son vaxtlar daha artdı. 2011-ci ilin əvvəllərindən bəri Ermənistanla Azərbaycan arasında baş verən atışmalarda 63 nəfər həlak olmuşdur.[1]

Ən son gərginlik Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu arasında keçən hissəsində gücləndi və aprel ayında mənşəyi bilinməyən sərhədyanı atışmalara çevrildi.[2]

Bundan əvvəl Azərbaycan digər silah bazarlarından kənarda qaldıqdan sonra İsraildən 1,6 milyard ABŞ dolları dəyərində hərbi texnika almasından sonra Dağlıq Qarabağın işğalına son qoymaq məqsədi ilə müdafiə xərclərini artırdığı qeyd edilmişdi. Ermənistan-Rusiya əlaqələri və Ermənistan-Amerika münasibətləri də Azərbaycanın silah əldə etmək səylərinə maneə törədir.[3]

İyunun 2-də, ATƏT-in planlaşdırılan monitorinq səfərindən bir neçə saat sonra Azərbaycandan gələn atışla Nerkin Karmirarghbyur sakininin odlu silahdan yaralandığına dair məlumatlara cavab olaraq, ATƏT-in monitorinq rəsmiləri Tavuş bölgəsində təmas xətti boyunca baş verən son hadisələri araşdırmaq üçün birtərəfli sahə monitorinqi missiyası həyata keçirdi. Aygepar, Musa və Nerkin Karmiraghbyur kəndlərində bombardman və atəş izlərinə aid foto və video qeydlər aparmağa başladılar.[4]

İlk qarşıdurmalar iyunun 4-də erkən saatlarda baş verdi və Tavuş vilayətinin BerdavanÇinari kəndləri yaxınlığında üç erməni əsgərinin öldürülməsi və altısının yaralanması ilə başladı. Ermənistan Müdafiə Nazirliyinin həmin gün yayımladığı açıqlamada Azərbaycan qüvvələrinin Tavuş bölgəsinin şimal tərəfinə təşkil etdikləri hücumları dəf edərkən Ermənistan əsgərlərinin öldüyünü və eyni zamanda "düşmənin də hücum zamanı itkilər verdiyi və hücumun da dəf edildiyi" bildirildi.[5][6]

Ertəsi gün Azərbaycanın qərbində yerləşən Qazax rayonundakı Aşağı Əskipara yaxınlığında dörd azərbaycanlı əsgər öldürüldü. Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında, Tavuş vilayətinin Voskepar kəndi yaxınlığındakı erməni mövqelərinə soxulmağa cəhd göstərən 15–20 əsgərdən ibarət bir birliyin bir hissəsi olduqları bildirilirdi. Eyni regionda ayrı bir silahlı hücum nəticəsində beşinci Azərbaycan əsgəri öldürüldü.[7][8]

Başlanğıcda, Azərbaycan sərhəddəki atışma və ya hər hansı bir azərbaycanlının ölümü ilə bağlı iddiaları rədd etdi və üç erməni əsgərinin ölümü ilə bağlı hadisəni "Ermənistan ordusundakı daxili fikir ayrılıqları" nəticəsində baş verdiyini bildirdi.[9] Daha sonra Azərbaycan Müdafiə Nazirliyi 5 iyun atışmasını təsdiqlədi və baş vermiş qarşıdurma zamanı dörd Azərbaycanlı əsgərin öldüyünü, həlak olan beşinci azərbaycanlı əsgərin isə sonra öldürüldüyü və onun uzaqdan atılan atəş nəticəsində vurulduğu bildirilmişdir. Azərbaycan döyüşlərin Ermənistandan olan təxribatçı qrupun Asağı Əskipara kəndindəki mövqelərdən Azərbaycan ərazisinə nüfuz etməyə çalışması nəticəsində baş verdiyini bildirmişdir.[10]

Dağlıq Qarabağ Müdafiə Nazirliyinin yaydığı məlumata görə 6 iyunda Azərbaycan əsgərləri Horadiz yaxınlığındakı mövqelərdən Dağlıq Qarabağa sızmağa cəhd etmişdirlər.[11][12] Bu hücum nəticəsində bir Qarabağ əsgəri öldürülmüş, ikisi yaralanmışdır.[12] Panorama ertəsi gün Azərbaycan tərəfdən atışmanın başladıldığını bildirmişdir.[13]

Hadisələrin başlanğıcında ABŞ Dövlət Katibi Hillari Klinton üç Cənubi Qafqaz dövlətinə səfəri çərçivəsində Ermənistanda idi.[1] Hər iki tərəf bir-birlərini onun Qafqaz səfəri ilə üst-üstə düşən hərbi təxribatlarda günahlandırdı.[9] 4 iyunda Ermənistanda olarkən və 4 iyun ölümlərini eşitdikdən sonra Klinton bir mətbuat konfransında "Gərginliyin artması və gənc əsgərlərin və günahsız mülki şəxslərin mənasız ölümü təhlükəsi məni çox narahat edir. Zor tətbiq etmək Dağlıq Qarabağ münaqişəsini həlli yolu deyildir və bu səbəbdən güc tətbiq edilməməlidir" demişdir. Prezident Serj Sarkisyana da bu fikirlərini Bakıda olarkən bildirəcəyini demişdir.[5] Həmin mətbuat konfransında çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Hər gün Azərbaycan və Dağlıq Qarabağın təmas xəttində azərbaycanlılar tərəfindən pozuntuların olması ilə Azərbaycan kifayətlənmir. Gərginliyi artırmağa, bununla da gərginliyi ən yüksək səviyyədə saxlamağa çalışırlar. Ermənistanla Azərbaycan arasındakı sərhəddəki vəziyyət, danışıqlar prosesini xeyli pozur, eyni zamanda regional sabitliyi də təhdid edir. Bu cür fəaliyyətlərin bütün mümkün nəticələrinə görə məsuliyyət Azərbaycan tərəfindədir" demişdir.[14]

İyunun 6-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra Klinton "şiddət və qisas dövrü bitməlidir" demişdir.[15]

İyunun 8-də Azərbaycan Baş nazirinin müavini Əli Həsənov Azərbaycan qüvvələrinin "Dağlıq Qarabağı erməni işğalçılarından təmizləməyə hazır olduqlarını" bildirmişdir.[16]

ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, RusiyaFransa diplomatlar belə dedilər;

" Bu cür mənasız hərəkətlər tərəflərin güc tətbiq etməkdən çəkinmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəliklərini pozur və 23 Yanvar 2012-ci il tarixli Prezidentlər [İlham] Əliyev, Sarkisyan və [Dmitri] Medvedevin ortaq bəyanatının ruhuna ziddir.[17] "

Beynəlxalq təşkilatların zorakılığı hansı tərəf başlatmışdırsa həmin tərəfi "adlandırma və utandırma" açıqlamaları verməməsindən bəhs edən Thomas de Waal, sahədəki ATƏT-in nəzarətçilərinin azlığı (altı) və hər iki tərəfdəki əsgərlərin 20.000 nəfər olduğu üçün güc tətbiqinin birinci hansı tərəfdən tətbiqinin də müəyyənləşdirilməsinin çətin olduğunu bildirmişdir.[1]

Ermənistan mətbuatı Azərbaycanın məqsədinin sərhəd boyu gərginliyi artırmaq, bununla da Azərbaycanın ATƏT-in Minsk qrupunu vəziyyəti idarə edə bilməməkdə və sülhə zəmanət verməməkdə ittiham edə bilməsi olduğunu irəli sürdü. Bundan sonra Azərbaycan Qarabağ məsələsini ATƏT-dən Birləşmiş Millətlər Təşkilatına təhvil verməyə çalışacaq, çünki bu təşkilat Azərbaycanın Sovet ərazilərində çəkilmiş sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır. Həmçinin, 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmişdir.[2]

  1. 1 2 3 "Serious Escalation In Armenia-Azerbaijan Violence Greets Clinton". EurasiaNet.org. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  2. 1 2 "Analysis: Azerbaijan pumps up tension on border to shift Karabakh issue from MG to UN - Analysis". ArmeniaNow.com. 2016-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.
  3. Joshua Kucera. "Azerbaijan jockeys for new geopolitical weight". Al Jazeera English. 2012-06-11. 2019-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.
  4. "Zhirayr Reyisyan: Situation in Aleppo Armenian districts is comparatively quiet | ARMENPRESS Armenian News Agency". Armenpress.am. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.
  5. 1 2 "Archived copy". 2013-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-12.
  6. Эдвард Налбандян: Азербайджан пытается перекинуть напряжение на границу с Арменией (Russian). Yerkramas.org. 2012-05-30. 2013-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  7. "Armenian forces kill five Azerbaijani troops on border". BBC. 2012-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  8. Another Enemy Incursion in Tavoush; Armenian Forces Kill 5 Azerbaijani Soldiers http://hetq.am/eng/news/15184/another-enemy--incursion-in-tavoush;-armenian-forces-kill-5-azerbaijani-soldiers.html Arxivləşdirilib 2018-09-29 at the Wayback Machine
  9. 1 2 "Ermənistan 3 əsgərinin öldürüldüyünü bildirir". Azadliq.org. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  10. Maarif Çingizoğlu. "5 Azərbaycan əsgəri həlak olub". Azadliq.org. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  11. "Another diversion attack by Azerbaijan - Society - Panorama | Armenian news". Panorama.am. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  12. 1 2 "One Killed, Two Wounded In Nagorno-Karabakh Clashes". Rferl.org. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  13. Source Panorama.am. "Azeri forces fired thousands of shots at NKR Defense Army positions on June 6–7 - Panorama | Armenian news". Panorama.am. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.
  14. "On the warpath?: Armenia calls on U.S., EU to threaten Azerbaijan with sanctions in case of repeated acts of sabotage - Analysis". ArmeniaNow.com. 2016-05-11. 2016-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.
  15. "Clashes between Armenia and Azerbaijan alarm Clinton". Bbc.co.uk. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  16. Sputnik. "Azeri Army 'Ready' to Flush Armenians Out of Karabakh". En.rian.ru. 2013-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.
  17. "Statement of the OSCE Minsk Group Co-Chairs". 27 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2012.