Ağörən (Dərəçiçək)

Ağörən, Ağverənİrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd, türk mənşəli toponim.

Ağörən
40°31′47″ şm. e. 44°33′47″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.980 ± 1 m
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Xəritəni göstər/gizlə
Ağörən xəritədə
Ağörən
Ağörən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağörən kəndi İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda Dəllər çayının sahilində, Zəngi çayının sağ sahilində, Zəncirli dağının ətəyində, Ərzəkənd kəndindən 10 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftər»ində qeyd edilmişdir. Erməni mənbələrində Ağverən kimi qeyd edilir.

Əhalisi yalnız azərbaycanlılardan ibarət bu kənddə 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 243 nəfər, 1886-cı ildə 302 nəfər, 1897-ci ildə 307 nəfər, 1908-ci ildə 416 nəfər, 1914-cü ildə 762 nəfər, 1916-cı ildə 390 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərafindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 129 nəfər azərbaycanlı yaşamışdır.

1926-cı ildə bu kənddə ermənilər yerləşdirilmişdir. 1966-cı ildə azərbaycanlılar bu kənddən zorla Azərbaycana köçürülmüş, kənd ləğv edilərək istirahət zonasına çevrilmişdir.

Toponim türk dilində «rəng» mənasında işlənən ağ sözü ilə (torpağın süxurunun rəngini bildirir) qədim türk dilində «uçulmuş, dağılmış, xaraba» mənasında işlənən örən sözünün birləşməsindən əmələ gəlib, «kiçik xarabalıq yanında olan kənd» mənasını verir.

«Türklər sahib olduqları ölkələrin adlarını dəyişdirmədikləri kimi, qədim zamanlardan qalma kənd və ya şəhər xarabalıqlarının yaxınlarında yerləşdikləri zaman bu xarabalara örən və ya viran adlarını vermişlər. Bu adlara ya mənsub olduqları əşirətlərin (tayfaların), oymaq və ya obanın adını, ya da torpağın rənginə görə ağ, qara, qızıl kimi sifətlər əlavə edərək yeni adlar yaratmışlar». Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

  • İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri.Bakı,2002
  • İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996, 184 səh.
  • Радлов В.В. Опыт словарья тюркских наречий, т.l, ч. 1-2, СПб, 1893, 1914 стр.; т ll, ч.1-2, СПб, 1899, 1814 стр. т lll, ч.1-2, СПб, 1905, 2204 стр.; т.lV, ч. 1-2, СПб, 1911, 2230 стр.
  • Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları. - Türk dünyası araştırmaları, 1983,№ 26,s.1-38.