Babakişi (Dərəçiçək)

Babakişiİrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.[2][3][4]

Kənd
Babakişi
40°35′03″ şm. e. 44°41′29″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərəçiçək mahalı
Rayon Axta rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.640 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.232 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Babakişi xəritədə
Babakişi
Babakişi

Rayon mərkəzindən 10 km şimal-qərbdə, Misxana çayının yaxınlığında yerləşir. Ermənilər buraya 1829-cu ildə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür[5].

Toponim Babakişi şəxs adı əssında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Ağavnadzor qoyulmuşdur.[6]

1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi sıxışdırılıb çıxarılmışdır. Kənddə 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır[7].1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi. 1905–1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş, kəndə tam ermənilər yerləşdirilmişdir. 1926-cı ildə ermənilərlə yanaşı 3 nəfər azərbaycanlı[8] yaşamışdır. 1930-cu ildə kənddə olan 3 nəfər azərbaycanlı da qovulmuşdur. İndi ermənilər yaşayır.

İllər üzrə əhalisi:[9]

İl Əhali
1897 709
1926 868
1939 1182
1959 736
1979 1041
1989 971
2001 1366
2004 1071
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Парвицкий А.В. Экономический быт государственных крестьян северо-восточной части Новобаязетского уезда Ериванской губернии. “Материалы для изучения экономического быта государственных крестьян Закавказского края”. том. IV. Тифлис, 1886. .
  4. Армянская ССР. Административно-территориальное деление. Ереван, 1976. .
  5. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti,(erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.159
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бабакиши // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  7. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.16–17
  8. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.17
  9. "Ermənistan Respublikası Əhali Sayı, səh 13" (PDF). 2014-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014 Aprel 16.