Razdan şəhəri Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 30.06.1959-cu il tarixindən adı dəyişdirilərək Hrazdan adlandırılıb. 1959-cu ildən respublika tabeli şəhərdir.
Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[4]
Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil
edən axta etnoniminin[5] birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30.VI.1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan
qoyulmuşdur.
Kənddə 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır.[6]
XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş və kənd ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. 1926-cı ildə kənddə cəmi 3 nəfər azərbaycanlı yaşamış[6] və sonralar onlar da qovulmuşlar. Kənd rayon mərkəzi ilə birləşdirilmişdir.
Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.