Ağababa Bünyadzadə (19 iyul 1915, Kürdəxanı, Bakı – 17 dekabr 1974, Bakı) — Azərbaycan opera müğənnisi (bariton), Azərbaycan SSR xalq artisti (1955).
Ağababa Bünyadzadə | |
---|---|
Ağababa Balağa oğlu Bünyadzadə | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 19 iyul 1915 |
Doğum yeri | |
Vəfat tarixi | 17 dekabr 1974 (59 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1938–1974 |
Janr | opera |
Səs tembri | bariton |
Mükafatları |
|
Ağababa Bünyadzadə Bakıda doğulub. 23 yaşında Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə işə götürülüb. 1938–1939-cu illərdə Moskvadakı Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində təhsil alıb.[1] Oradan qayıdaraq opera teatrının truppasına qəbul olunub. Eyni zamanda sənət ocağının nəzdindəki studiyada həm oxu tərzini təkmilləşdirib, həm də aktyorluq sənətinin xüsusiyyətlərini mənimsəyib.
Ağababa Bünyadzadə yeniyetmə yaşlarından bədii özfəaliyyətdə müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyor olub. Üzeyir bəy Hacıbəyovun qəhrəmanları Əsgərin (Arşın mal alan) və Sərvərin (O olmasın, bu olsun) ariyalarını oxuyub, klassik dünya operalarına maraq göstərib.
Ağababa Bünyadzadənin bəstəkarlardan Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan və Alı), Reynqold Qlierin "Şahsənəm" (Xan), Fromonotal Jak Qalevinin "Kardinal qızı" (Rudjiero), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Aslan şah), Niyazinin "Xosrov və Şirin" (Şapur), Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" (Mərdan), Zaxari Paliaşvilinin "Daisi" (kiazo), Coakkino Rossininin "Sevilya bərbəri" (Fiqaro. Librettonun tərcüməçiləri Məmməd Səid Ordubadi və Əfrasiyab Bədəlbəylidir), Jorj Bizenin "Karmen" (Eskamilyo. Librettonun tərcüməçisi Nigar Rəfibəylidir), Pyotr Çaykovskinin "Mazepa" (koçubəy), Əfrasiyab Bədəlbəylinin "Nizami" (Hökmdar), Cahangir Cahangirovun "Azad" (Yavər), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Şahvələd), Cüzeppe Verdinin "Aida" (Amonasro), "Otello" (Yaqo), "Traviata" (Jorj Jermon), "Riqoletto" (Marullo), Vasif Adıgözəlovun "Ölülər" (Şeyx Nəsrulla) operalarında ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı, səslə hərəkətin üzvi vəhdəti ilə seçilib.[1]
Ağababa Bünyadzadə Opera və Balet Teatrında 1967-ci ildə Müslüm bəy Maqomayevin "Şah İsmayıl" operasını tamaşaya hazırlayıb.