Ac həriflər — Əbdürrəhim bəy Haqverdiyevin 1911-ci ildə yazdığı eyniadlı pyesi əsasında rejissor Ramiz Həsənoğlu tərəfindən 1993-cü ildə ekranlaşdırılan tammetrajlı bədii televiziya film-tamaşası. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşada hadisələr Həsən dayının(Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Film-tamaşada əsas rolları Yaşar Nuri, Cahangir Novruzov, Nazim Abbas, Tofiq Tağızadə, Bəhram Osmanov, Hüseynağa Atakişiyev, Kərim Kərimov, Məmmədkamal Kazımov, Arif Mədətov və Ədalət Ziyadxanov ifa edirlər.
Ac həriflər | |
---|---|
Janr | komediya |
Rejissor | Ramiz Həsənoğlu |
Əsərin müəllifi | Əbdürrəhim bəy Haqverdiyev |
Ssenari müəllifləri |
Ramiz Həsənoğlu Şərif Qurbanəliyev |
Baş rollarda |
Yaşar Nuri Cahangir Novruzov Nazim Abbas Tofiq Tağızadə Bəhram Osmanov Hüseynağa Atakişiyev Kərim Kərimov Məmmədkamal Kazımov Arif Mədətov Ədalət Ziyadxanov |
Operator | Eldar Məmmədov |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Rəfael Əsədov |
İstehsalçı | "Sabah" eksperimental yaradıcılıq emalatxanası |
İlk baxış tarixi | 1993 |
Filmin növü | tammetrajlı bədii televiziya film-tamaşası |
Müddət | 64 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1993 |
Rəng | rəngli |
Film-tamaşada hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının (Yaşar Nuri) yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli (Bəhram Osmanov) buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində "quru bəylər" də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir. Dövrün "ac hərifləri" öz kələkləri ilə Həsən dayını aldatmaqla gülüş hədəfinə çevrilirlər.[1] Özü demişkən: Çörəyi yeyən qaçır…
Film-tamaşa "Humay" mükafatına layiq görülmüşdür.[2]
Əsərin müəllifi: Əbdürrəhim bəy Haqverdiyev
Ssenari müəllifi: Ramiz Həsənoğlu, Şərif Qurbanəliyev
Rejissor: Ramiz Həsənoğlu
Operator: Eldar Məmmədov
Rəssam: Rəfael Əsədov
Bəstəkar: Cavanşir Quliyev
Yaşar Nuri — Həsən dayı; çəkməçi; şəhər sakini; qəzet oxuyan
Cahangir Novruzov — dərviş; çarşaflı qadın; qorodovoy
Nazim Abbas — İbrahim bəy; məşədi
Tofiq Tağızadə — mirzə Mahmud
Bəhram Osmanov — Zərbəli; falçı; kərbəlayi
Hüseynağa Atakişiyev — aktyor; rus kişi
Kərim Kərimov — Süleyman; məşədi
Məmmədkamal Kazımov — Səlman; meyxana deyən
Arif Mədətov — türk; Hacı Salman
Ədalət Ziyadxanov — mirzə
Vaqif Əsədov — Əhməd; "kor" kişi
Yusif Əkbərov — Rza
Anaxanım Abdullayeva — "əcnəbi"
Şamil Nəcəfzadə — ingiliscə danışan azəri
Azərbaycan filmlərinin siyahısı
1993-cü ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı