Afina Məktəbi (it. Scuola di Atene) — Rafael Santinin Apostol sarayında yaratdığı əsər. "Afina məktəbi" əsəri Rafaelin, eləcə də bütün Renessans incəsənətinin ən tanınmış əsərlərindən biridir.
Afina məktəbi | ||
---|---|---|
it. Scuola di Atene | ||
| ||
Rəssam | Rafael Santi | |
Tarixi | 1509-1510 | |
Üslubu | Freska | |
Ölçüləri | 550 sm × 770 sm | |
Saxlanıldığı yer | Vatikan, Apostol sarayı | |
Saytı |
wga.hu/html/r/raphael/4s… wga.hu/html/r/raphael/4s… |
|
İnventar nömrəsi | 6306a. | |
Vikianbarda əlaqəli mediafayllar |
Freska sarayın Stanze di Raffaello (Rafael otaqları) adlanan və pontifikin şəxsi istifadəsi üçün nəzərdə tutulmuş dörd otaqdan birində yerləşir. Papa II Yuli (hakimiyyət illəri 1503 - 1513) həmin otaqları rezidensiya kimi seçmiş və onların tərtibatını Rafael Santiyə sifariş etmişdir [1].
"Afina Məktəbi" pontifikin iş kabineti hesab olunan Stanza della Segnatura otağının divarını bəzəyir [2].
"Afina Məktəbi" freskasında müxtəlif elm sahələrində tədqiqatlar aparmış alimlər və mütəfəkkirlər təsvir edilmişdir. Rafael əsərdəki obrazların hansı alimlərə məxsus olduğu haqqında qeydlər qoymamışdır [2]. Arxitektor və bioqraf Giorgio Vasari (oxunur Corco Vaza'ri; 1511 – 1574) "Afina Məktəbi"-ndəki personajların kimliyi haqqında hipotezlər irəli sürmüşdür. Hər obrazın məhz hansı tarixi şəxsə aid olduğu həmin obraza aid atributlarla da təxmin edilə bilər.