Ali-Muhəmmədin sirləri

Süleymin kitabı və ya əsil adı ilə Ali-Muhəmmədin sirləri — İslam tarixində yazılmış ilk kitab.

Süleymin kitabı
Ali-Muhəmmədin sirləri
Kitabın 2015-ci il nəşri
Kitabın 2015-ci il nəşri
Müəllif Süleym ibn Qeys əl-Hilali
Janr Dini
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan
Tərcüməçi 2012:Rövşən Abdullaoğlu
2015:Taleh Abbasov
Nəşriyyat 2012: Qədim Qala
2015: Nurlar
Nəşr 2
Cild 2012: I (müxtəsər) cild
2015: 1 (tam) cild
Səhifə 2012: 192
2015: 312
Tiraj 2015: 1000
ISBN ISBN 978-9952-8175-4-6
Kitabın ilk tərcüməsinin 2-ci nəşrinin üz qabığı

Süleym ibn Qeysin kitabı İslam aləmində qələmə alınmış birinci kitab hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır. “İlk kitab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir.[1]

Tərcümə və nəşr

[redaktə | mənbəni redaktə et]

Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən "İlk kitab" adı ilə müxtəsər formada Azərbaycan dilinə tərcümə olunmuş, "Qədim Qala" nəşriyyatı tərəfindən I cild formasında çap olunmuşdur. Daha sonra 2-ci dəfə təkrar nəşr olunmuşdur.[1]

Kitab 2015-ci ildə Taleh Abbasov tərəfindən "Ali-Muhəmmədin sirləri" adı ilə tam şəkildə Azərbaycan dilinə tərcümə olunmuş, "Nurlar" nəşriyyatı tərəfindən çap olunmuşdur.[2]

  1. 1 2 "İlk Kitab (II nəşr)" (az.)). qedimqala.az. 2015-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  2. Tural Əli. "İslamın ilk kitabı "Ali-Muhəmmədin sirləri" kitabı artıq satışda" (az.)). islamazeri. 2015-10-02. 2017-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]