Ali Kuşçu

Əli Quşçu (Osmanlı Türkçəsi: Ebu’l-Kasım Alaaddin Ali b. Muhammed el-Kuşçu) (1403[2], Səmərqənd, Teymurilər dövləti[2]16 dekabr 1474[2], İstanbul, Osmanlı imperiyası[2]) — görkəmli Özbək astronomu, riyaziyyatçısı və dilşünası.

Əli Quşçu
osman. علی قوشچی
ərəb. علاء الدين علي بن محمد القوشجي[1]
Doğum adı القوشجي، علي بن محمد، ت[1]
Doğum tarixi 1403[2]
Doğum yeri
Vəfat tarixi 16 dekabr 1474[2]
Vəfat yeri
Dəfn yeri
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ali Kuşçu, Uluğ Bəy rəsədxanasına müdir olub

Əsl adı, Əli bin Məhəməddir. Türk – İslam dünyasının böyük riyaziyyat, astronomiya, mexanika, dil, bəlağət və kəlam alimi olan Əli Quşçu, XV əsrin əvvəllərində 1403-cü ildə Səmərqənddə anadan olmuşdur. Atası Muhammed (Mahmud, Məhəmməd), məşhur türk sultanı və astronomu Uluq Bəyin Şahin başçısı olduğu üçün, ailəsi "Quşçu" ləqəbi ilə məşhur oldu.

1436–1439-cı illərdə Uluq Bəy Rəsədxanasına müdir olmuşdur.

1449-cu ildə Həccə getmək istədi. Lakin elə bu vaxt Teymurilər dövlətinin hökmdarı Əbdüllətif Əli Quşçunun edam edilməsi haqqında fərman verdi. Səmərqənddən qaçan Əli Quşçunu Təbrizdə Ağqoyunlu hökmdarı Uzun Həsən böyük ehtiramla qarşçladı. Ağqoyunlul və Osmanlı arasında ziddiyyətlər kəskinləşdikdə Uzun Həsən ondan Osmanlı sultanı Fateh Mehmet ilə sülhməramlı görüşmələrində yardım istədi. Əli Quşçu, Uzun Həsənin elçiliyini etdikdən sonra Fatehin dəvəti ilə ikinci dəfə İstanbula gəldi. OsmanlıAğqoyunlu sərhədboyunda II Mehmedin əmri ilə böyük bir mərasimlə qarşılanan Əli Quşçu, Ayasofya mədrəsəsinə 200 axça maaşla müdərris təyin edildi.

1473-cü il mart ayında Sahn-ı Seman Mədrəsəsindən (Fateh Mədrəsəsi) təqaüd almışdır.

16 dekabr 1474-cü ildə İstanbulda vəfat etmişdir. Məzarı Eyyub Sultandadır.

Kiçik yaşlarından etibarən riyaziyyat və astronomiyaya maraq göstərən Əli Quşçu, dövrünün ən böyük elm adamları olan Bursalı Qadızadə Rumi, Qıyasəddin Cəmşid (Qiyas əl Kaşi) və Muinuddin Kaşidən riyaziyyat və astronomiya elmlərini öyrəndi.

Daha sonra təhsilini artırmaq üçün Uluq Bəydən icazəsiz Kirmana getdi. Burada "Hall-ü Eşkal-i Qəmər (Ay səhifələrinin açıqlanması) adlı risalə ilə "Şərhi-Təcrid" adlı əsərini yazdı. Kirmanda təhsilini tamamlayıb Səmərqəndə döndü və Uluq Bəyə Kirmanda dərc etdiyi risalələri təqdim edərək ona yardımçı olmuşdur.

Elm tarixi üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Riyaziyyat üçün; Hermetik-Pitaqorasçı mistisizmi

Astronomiya və optik üçün; Aristotelçi fizika və metafizik prinsipləri aydınlaşdırmağa çalışdı. Əl-Fəthiyyə

Kopernik (1473 – 1543)

Hoca Sinan Paşa, Molla Lütfi və Əli Quşçunun oğlu Mirim Çələbi (Mahmud B. Muhammed B. Muhammed B. Musa Qadızadə), Takiyüddin kimi alimlər onun dərslərində yetişmişdilər.

Osmanlı mədəniyyəti üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Osmanlı İmperiyası padşahı Fatih Sultan Məhəmməd (II Mehmed) adına qurulan ilk Osmanlı universiteti olan Fatih Mədrəsəsinin tədris planını qələmə aldı.

Əli Quşçu nəslindən olanlar XVIII əsrin sonlarına qədər Osmanlı İmperiyasında mühüm vəzifələr gördü. Əbussuud Əfəndi və uşaqları şeyxülislam, kazasker, müdərris kimi vəzifələr tutdular.

Əli Quşçudan sonra Osmanlı dili bütün islam aləmi üçün elm dili olub. Farsərəb dilləri öz əhəmiyyətini itirdi.

Risalə Fi-Hey-ə: (1457-ci ildə Səmərqənddə, fars dilində yazmışdır) Osmanlı İstanbul Mühəndisxanasında (İstanbul Texniki Universiteti) XIX əsrin əvvəllərində dərs kitabı olaraq istifadə edilirdi.

Mədsrəsələrdə riyaziyyat və s. elm dərslərinin oxudulmasında önəmli rolu olmuşdur.

Əməklerinden bir səhifə, aslı İstanbul – Süleymaniye Kitabxanasında mövcud

Astronomiya əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Şerh-i Zîc-i Uluğ Bey
  • Risalə fî Halli Eşkâli Muaddili'l-Kamer li'l-Mesîr
  • Risalə fî Asli'l-Hâric Yumkin fî's-Sufliyyeyn
  • Şerh ale't-Tuhfeti'ş-Şâhiyye fî'l-Hey'e
  • Risalə der İlm-i Hey'e
  • Risalə fî Halli Eşkâli'l-Kamer.
  • Riselet-ül fi'l hey'et (Farsça)
  • Risalə el-Fethiyye fî ilmi’l-hey (el-Fethiyye)

Riyaziyyat əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Risâletu'l-Muhammediyye fî'l-Hisâb
  • Risalə der İlm-i Hisâb: Süleymaniye

Kəlam ve Usûl-i Fıkıh əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Eş-Şerhu'l-Cedîd ale't-Tecrîd
  • Hâşiye ale't-Telvîh

Kimya və Fizika əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Unkud-üz-Zevahir fi Man-ül-Cevahir (Mücevherlerin Dizilmesinde Görülen Salkım)

Mexanik Alətləri Haqqında əsəri

[redaktə | mənbəni redaktə et]
  • Tezkire fî Âlâti'r-Ruhâniyye (Kültür Bakanlığı, Ankara 2001)

Dil və Bəlağət əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Şerhu'r-Risâleti'l-Vadiyye
  • El-İfsâh
  • El-Unkûdu'z-Zevâhir fî Nazmi'l-Cevâhir
  • Şerhu'ş-Şâfiye
  • Risalə fî Beyâni Vadi'l-Mufredât
  • Fâ'ide li-Tahkîki Lâmi't-Ta'rîf
  • Risâle mâ Ene Kultu
  • Risalə fî'l-Hamd
  • Risalə fî İlmi'l-Me'ânî
  • Risalə fî Bahsi'l-Mufred
  • Risalə fî'l-Fenni's-Sânî min İlmihal-Beyân
  • Tefsîru'l-Bakara ve Âli İmrân
  • Risalə fî'l-İstişâre
  • Mahbub-ül-Hamail fi keşif-il-mesail
  • Tecrid-ül-Kelam (Tecrid’ül Kelam – Sözün Tecridi)
  1. 1 2 Record #90047204 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  • İ. Hakkı Uzunçarşılı – Büyük Osmanlı Tarihi Cilt 2 Sh. 653
  • 100 böyük türk. Bakı,1991. səh.36–37.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]