Antroposofiya

Antroposofiya [yun. Anthoropos – insan, sophia – müdriklik] – mistik dekadentçilik təlimi, teosofiyanın formalarından biri. İnsan ruhunundünyanın dərk edilməsi metodları haqqında alman filosofu R. Ştayner tərəfindən yaradılmış təlim. Antroposofiya termini 17–19-cu əsrlərin bir sıra alim və filosofların (o cümlədən R. Fladd, K. Ekharhauzen, İ. Troksler, F. V. Y. Şellinq, İ. German, Fixte və s.-nin) əsərlərində rast gəlinir və Ştayner bu termini Avstriya filosofu R. Simmermanın "Antroposofiya oçerki" (1882) əsərindən götürmüşdür. Antroposofiya müstəqil hərəkat kimi 20-ci əsrin əvvəllərində tam formalaşmış və 1913-cü ildə Beynəlxalq Antroposofçular Cəmiyyəti yaradılmışdır. Yeni Avropa elmfəlsəfəsinin rasional metodologiyasından bəhrələnən Antroposofiya elmi tədqiqatın müəyyən etdiyi faktıfenomenləri materialist yozumundan ayıraraq onları "fövqəl hissi" idrakın nəticələri ilə tamamlayır. Fövqəl hissi idrakda aparıcı rol intellektual intuisiyaya ("xalis ideyaların qavranılmasına") və yeni ağıla tabeçi olan bəsirətə verilir ki, bu da arxaik keçmişin "instinktiv" bəsirətinə qarşı qoyulur. Bu idraki yüksəlişin ilkin şərti şəxsiyyətin mənəvi yüksəlişidir. Antroposofiya "Ruh haqqında elm" kimi bunu nəzərdə tutur ki, onun tədqiqatlarının nəticələri hamı üçün anlaşılan formada şərh edilir və yoxlanılmalı hipotezlər kimi qavranılır. İnsanın quruluşunda fiziki, efir və astral cisimlər (qeyri-üzvi, bitki və heyvanat aləminə uyğun), ruhun nüvəsi (təkrar olunmaz Mən), daha sonra indi onun təbiətində gizli formada mövcud olan və gələcəkdə inkişaf etməli üç yüksək ruhi prinsip fərqlənir. Artıq insanın morfoloji quruluşunda onun ruhu ilə bədəni arasında "hissi-fövqəlhissi forma" aşkar edilir; xarici qavramanın əsasını əsəbsensor sistemləri, hissetmənin əsasını tənəffüsqan dövranı, iradənin əsasını metobolizməl-ayaq hərəkəti təşkil edir. Ç. Darvinin və E. Hekkelin təkamül ideyaları Antroposofiyada Q. E. Lessinqin irəli sürdüyü reinkarnasiya hipotezi ilə uyğunlaşır. Bədən irs qanununa məxsusdur; nəfs özünün yaratdığı taleyə aiddir. İnsanın özünün yaratdığı tale onun karması adlandırılır. Ruh isə yenidən təcəssüm, yaxud reinkarnasiya qanununa məxsusdur. Tarixin gedişində insanın təcəssümdən təcəssümə fərdiləşməsi artır. Antroposofya ideyaları öz praktik təcəssümünü şəxsiyyətin inkişafının yeddiillik mərhələsi konsepsiyasına əsaslanan pedaqogikada, təbiətdə, müalicəvi pedaqogikada və sosial terapiyada, incəsənətdə, kənd təsərrüfatında tapmışdır. 1962-ci ildə əkinçi-antroposoflar M. Spok, M. Riçards və bioloq R. Karson ətraf mühitin mühafizəsi hərəkatını başlamışlar. R. Ştaynerin və onun ardıcıllarının işləyib hazırladıqları evritmiya – nitqinmusiqinin səslənməsini plastik formada təcəssüm etdirən hərəkət sənəti pedaqoji və terapevtik praktikada, həmçinin səhnə quruluşlarında tətbiqini tapmışdır. A. Belıy, M. A. Voloşin, V. V. Kandinski, M. A. Çexov, B. Volter, A. Şönberq, Ş. E. le Karbüz ye, S. Bellou və b. ziyalılar Antroposofiyanın təsirini duymuşlar. R. Ştaynerin iştirakı ilə 1922-ci ildə protestant pastoru F. Rittelmayer tərəfindən Avropada, İkinci dünya müharibəsindən sonra ABŞ-da və dünyanın digər ölkələrində geniş yayılmış xristian icması – dini yeniləşmə hərəkatı (mərkəzləri ŞtutqartdaBerlində) yaranmışdır.[1][2]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 564. ISBN 978-9952-441-02-4.
  2. Adilə Nəzərova, "Fəlsəfə terminlərinin izahlı lüğəti"