Azərbaycan Respublikasının Müdafiə Şurası — Azərbaycan Respublikasının müdafiəsini, onun təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək, habelə müdafiə quruculuğu sahəsində siyasət hazırlamaq və həyata keçirmək məqsədilə yaradılan daimi dövlət orqanı.
Azərbaycan Respublikasının Müdafiə Şurası | |
---|---|
(ARMŞ) | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 1 noyabr 1991 |
Ləğv edilib | 3 yanvar 1992 |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | Bakı |
Rəhbərlik | |
Rəhbər | Ayaz Mütəllibov |
29 sentyabr 1991-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibov 357 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Şurasını təsis etmişdir.[1] Fərmana əsasən quruma rəhbərlik Ayaz Mütəllibova həvalə edilir və 8 nəfər üzv təyin olunur.[1] Fərmana əsasən Azərbaycan Respublikası Müdafiə Şurasının üzvləri daimi əsasda işləyirlər və digər idarələrdə, təşkilatlarda və müəssisələrdə işləyə bilməzlər.[1]
16 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin gündəliyinə Azərbaycan Respublikasının Müdafiə Şurasının Əsasnaməsi salınmışdır.[2]
3 yanvar 1992-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibov 542 nömrəli fərmanı ilə "əhalinin təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində prezident idarə üsulunun tətbiq edilməsi ilə əlaqədar olaraq, habelə Müdafiə Şurasının ona həvalə edilmiş vəzifələri əsasən həyata keçirdiyini, Şuranın əksər-üzvlərinin dövlət hakimiyyət və idarə etmə strukturlarında tutduq-ları vəzifələrdə respublikanın təhlükəsizliyini və müdafiəsini təmin etmək funksiyalarını yerinə yetirdiklərini nəzərə olaraq. hərbi dəstələrin idarə edilməsində təkbaşçılıq prinsipini rəhbər tutularaq" Azərbaycan Respublikasının Müdafiə Şurası ləğv edilmişdir.[3]
3 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Müdafiə Şurasında onun əsasnaməsi təsdiqlənmiş və Ali Sovetə göndərilmişdir. 1 noyabr 1991-ci ildə Ali Sovetin iclasında əsasnamənin "ümunmən bəyənilməsi" ilə bağlı qərar çıxmışdır.[4] Əsasnamə aşağıdakı kimi olmuşdur:[4]
Azərbaycan Respublikasının Müdafiə Şurasının üzvləri aşağıdakı kimi olmuşdur:[1]
Sıra | Üzvün adı | Təmsil etdiyi siyasi partiya | |
---|---|---|---|
1. | Rəhim Həsən oğlu Qazıyev | Azərbaycan Xalq Cəbhəsi | |
2. | Araz Məmmədmübariz oğlu Əlizadə | Azərbaycan Sosial Demokrat Partiyası | |
3. | Tahir Yunis oğlu Əliyev | Bitərəf | |
4. | Etibar Səlidar oğlu Məmmədov | Azərbaycan Milli İstiqlal Partiyası | |
5. | Mustafa Kamil oğlu Mustafayev | ||
6. | Akif Məmməd oğlu Salayev | ||
7. | Ağa Şamxal oğlu Hacıyev | ||
8. | Azər Mirzəağa oğlu Cəbiyev |