İlk növbədə işğal illərində erməni vandalizminin viran qoyduğu ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə təqdimatı məsələsinə diqqət yönəldildi. İşğaldan azad edilmiş ərazilərə xarici ölkə təmsilçilərinin, mətbuat, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin səfərlərinin təşkili ilə Ermənistan dövlətinin terrorçu mahiyyətinin üzə çıxarılması üçün şərait yaradıldı.
Qarabağda sürətli quruculuq bərpa işləri aparıldı. İlk növbədə yol və digər zəruri infrastrukturun bərpası istiqamətində işlər görüldü. Füzuli Beynəlxalq Hava Limanının və Zəfər Yolunun inşası, regionda digər hava limanlarının tikinti prosesinin davam etməsi gələcəkdə Qarabağın iqtisadi potensialının daha da artmasına zəmin yaratdı.
Pandemiya səbəbilə təxirə salınan 2020 Yay Olimpiya Oyunları keçirildi. Ölkəmizi təmsil edən idmançılar 3 gümüş, 4 bürünc medala yiyələndilər. 2020 Yay Paralimpiya Oyunları zamanı bu göstərici daha da yüksək səviyyəyə qaldırıldı. Ölkəmizi təmsil edən paralimpiyaçılar 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazandılar.
Mədəniyyət sahəsində ən mühüm hadisələrdən biri dövlət başçısının sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi oldu. Bu qərar işğaldan azad edilmiş Şuşa şəhərinin tarixi kimliyinin özünə qaytarılması, şəhərin tənəzzülə uğramış mədəni həyatının bərpası baxımından mühüm əhəmiyyətə malik oldu.
“Xarıbülbül” musiqi festivalının yenidən keçirilməsi Şuşanın ən yeni tarixində dönüm nöqtəsi oldu. Şuşada Molla Pənah Vaqifin məqbərəsi və büstü bərpa edildi, Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu.
Şuşa şəhərində Dövlət bayrağı ucaldıldı. Cıdır düzü, Molla Pənah Vaqifin dağıdılmış muzey-məqbərə kompleksi, Şuşa Realnı Məktəbinin dağıdılmış binası və Qazançı kilsəsinə baxış keçirildi. Saatlı, Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri ziyarət edildi
Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının və yenidən qurulan 220/110/10 kV-luq və yeni tikilən 110/35/10 kV-luq “Xırdalan” yarımstansiyalarının açılışı oldu
İlham ƏliyevYasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak etdi
8 MVt-lik "Güləbird" SES-in açılışı oldu. Bu, işğaldan azad edilən ərazilərdə İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir
İlham Əliyev dünyada ilk tanker-muzey olan "Suraxanı" gəmi-muzeyi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yeni inzibati binasının açılışında iştirak etdi
13 Mart — İlham Əliyev "Naxçıvan MR-in Şərur və Sədərək rayonlarının inzibati bölgüsündə qismən dəyişikliklər eddilməsi haqqında" qanunu təsdiq etdi. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verildi. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirildi
Naxçıvan şəhərində "Azərxalça" ASC-nin Naxçıvan filialı, Süni Mayalanma Mərkəzi, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı və Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı oldu
Culfa-Ordubad magistral avtomobil yolu və "Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin açılışı oldu
Azərbaycan-Ermənistan sərhəd böhranı: Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat diversiya qrupu Kəlbəcər rayonu istiqamətində ərazimizə keçməyə cəhd göstərdi. Keçirilən əməliyyat tədbirləri nəticəsində 6 erməni hərbçi əsir götürüldü
Bərdə-Ağdam avtomobil yolu, Ağdam Sənaye Parkı, Ağdam şəhər 1№-li məktəb, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binası, İşğal və Zəfər muzeylərinin təməli qoyuldu
Azərbaycan-Ermənistan sərhəd böhranı: Ermənistan Silahlı Qüvvələrinin 40-a yaxın şəxsi heyəti Kəlbəcər rayonu istiqamətində ərazimizə keçməyə cəhd göstərdi. Keçirilən tədbirləri nəticəsində ermənilər ölkəmizin ərazisindən çıxarıldı
4 Avqust — Ermənistan Silahlı Qüvvələrinin bölmələri Sədərək, Gədəbəy, Kəlbəcər və Daşkəsən rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Füzuli, Xocalı rayonlarında yerləşən yaşayış məntəqələrini, Sədərək, Kəlbəcər, Gədəbəy, Tovuz rayonlarında və Şuşa şəhəri ətrafındakı mövqelərini atəşə tutub
15 Avqust — Ermənistan Silahlı Qüvvələrinin bölmələri Sədərək, Kəlbəcər rayonlarında və Şuşa şəhəri ətrafında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
21 - 22 Avqust — Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Ağdam, Xocalı və Xocavənd rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Azərbaycan hərbçiləri Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində iştirak ediblər
Sumqayıt şəhərində Kimya Sənaye Parkında "Azmonbat" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazirindəki qanunsuz erməni silahlı dəstələri Şuşa istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələrindən birinin mövqeyini atəşə tutub
6 - 17 Sentyabr — Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri həyata keçirdi (Konya, Türkiyə)
İlk dəfə Anım Günü qeyd olundu. Saat 10:00-da prezident İlham Əliyev xalqa müraciət etdi. Saat 12:00-da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Bakı şəhərində Anım yürüşü təşkil olundu
Şamaxı şəhərində “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin, Şamaxı Üzüm Tingçilik Mərkəzinin, Şamaxı şəhər stadionunun və 7 saylı körpələr evi-uşaq bağçasının açılışı oldu
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti Quba rayonuna səfər edib
Azərbaycan və Rusiya politoloqları, ictimai xadimləri Şuşa şəhərinə səfər edib. Onların iştirakı ilə beynəlxalq konfrans keçirilib
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər rayonunda yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və Şuşa şəhəri yaxınlığında təxribat törədib
14 Noyabr — Ermənistan Silahlı Qüvvələrinin bölmələri Laçın rayonunda təxribata cəhd göstərib
15 - 16 Noyabr — Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
15 - 26 Noyabr — Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı keçirilir (Bakı və Gəncə)
30 Noyabr - 22 Yanvar2022 — Milli Xalça Muzeyində gürcü rəssam Nino Kipşidzenin əsərlərindən ibarət " Varlığın franqmentləri" adlı sərgi keçirilir (Bakı)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər rayonunda yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Ağdam rayonuna səfər edib
10 - 12 Dekabr — Avropa Azərbaycan Məktəbində "Təcrübə əsaslı öyrənmə" mövzusunda "IB World" (Beynəlxalq Bakalavr) beynəlxalq konfransı keçirilib (Bakı)
Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə "Leyli və Məcnun" dastan-tamaşası təqdim olunacaq (Bakı)
22 Dekabr - 19 İyun2022 — Heydər Əliyev Mərkəzində baziliyalı rəssam Nina Pandolfonun əsərlərindən ibarət "Minnətdarlıq" ("Gratitude") adlı fərdi sərgi keçiriləcək (Bakı)
29 Dekabr — Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayında "Beş Qapı" tamaşası təqdim olunacaq (Bakı)