Azərbaycanın İrandakı səfirliyinə hücum: Yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycanınİranın paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə terror aktı törədildi. Hücum edən şəxs silahla mühafizə postunu yardı və səfirlik əməkdaşlarına atəş açdı. Hücumun dəf edilməsi zamanı diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid oldu və 2 mühafizəçi yaralandı
Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirildi. Aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatıldılar
2 Mart — Hacı Şahin Həsənli, ilahiyyatçı, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyi sədri (1-ci) və təsisçisi (d. 1974)
21 Fevral — Xüsusi karantin rejiminin müddəti 01.05.2023 tarixinə qədər uzadıldı
27 Mart — Xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digərlərinin, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana girişi üçün və müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edildi
19 Aprel — Xüsusi karantin rejiminin müddəti 01.07.2023 tarixinə qədər uzadıldı