Gənclik parkı – Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən meşə tipli park.[1] 26 avqust 2021-ci ildə açılıb.[1] Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak etmişdirlər.[1]
Gənclik parkı | |
---|---|
| |
Məlumatlar | |
Parkın tipi | park |
Ölkə | |
Yerləşməsi | Xətai rayonu, Bakı, Azərbaycan |
Sahəsi | 43 ha |
Yaradılıb | 26 avqust 2021 |
Statusu | açılıb |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlamışdır.[1] Park Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə yaradılmışdır.[1] Burada ziyarətçilərin istirahəti üçün müxtəlif infrastruktur yaradılmışdır və Xəzər dənizinin mənzərəsini də seyr etmək mümkündür.[1]
Park 43 hektar ərazini əhatə edir.[1] Burada 300 minədək ağac əkilib və yaşıllıqlar salınmışdır.[1] Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksion quraşdırılmışdır.[1] Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılmışdır.[1]
Parkda "Ürəklər" adlı kompozisiya yaradılmış, həmçinin bağlı və açıq futbol meydançaları inşa olunmuşdur.[1] Parkda ziyarətçilər üçün piknik məntəqələri salınmışdır.[1] Qaçış üçün cığırlar və velosiped yolları da tikilmişdir.[1] Park böyük olduğu üçün parkda məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılmışdır.[1] Ərazinin ən görməli yerlərindən biri də park ərazisində yaradılan süni göldür.[1]