Paytaxt Bakıda və şəhərətrafı ərazilərdə bir sıra rahat və gözəl parklar vardır. Bu parklar insanların asudə vaxtlarını əyləncəli və səmərəli keçirməsi ilə yanaşı, biomüxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayır.[1] Bakıdakı parkların siyahısı aşağıdakılardır.[2]
Bakı bulvarı şəhərin əsas görməli yerlərindən biridir. Bulvarın rəsmi adı Dənizkənarı Milli Pakdır. 2009-cu ildə bu parkın 100 illiyi qeyd olunmuşdu. Bu gün uzunluğu 5,6 km olan parkın 25 km-dək genişləndirilməsi nəzərdə tutulur[3].
Bu bağın əsası 1830-cu ildə qoyulub. Filarmoniya bağı həmçinin uzun müddət Qubernator bağı da adlandırılmışdı.
Bakının ilk mərkəzi meydanlarından biridir.[4] Fəvvarələr meydanı 1868-ci ildə inşa edilmişdir. Bu meydan həmçinin Parapet bağı və Karl Marks meydanı kimi adlandırılmışdı. 2010-cu ildə Fəvvarələr meydanı yenidən bərpa edilmişdi.
Bakının ən köhnə parklarından biridir. Tikilmə tarixi 1870-ci illərə təsadüf edir. Bu bağ Molokan bağı kimi də tanınır.
Bakının mərkəzində yerləşən bu park Sovet dövründə Kirov parkı adlandırılmışdı. 2013-cü ildə bağ yenidən əsaslı şəkildə bərpa olunub.
Bu park II Dünya Müharibəsi zamanı həlak olan əsgərlərin xatirəsinə həsr olunmuşdur. Müharibədən sonra park Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşımışdı.[5] 2011-ci ildə əsaslı təmir-bərpa işlərindən sonra sakinlərin ixtiyarına verilmişdi.
Sovet dövründə əsası qoyulan bu park "26 Bakı Komissarı meydanı" kimi adlandırılmışdı. 2009-cu ildə bərpa işlərindən sonra yeni görünüş əldə etmişdi.
Paytaxtın qədim parklarından biri olan Səməd Vurğun bağının əsası 1882-ci ildə qoyulmuşdu. 1961-ci ildən parkın mərkəzində heykəltaraş F. Əbdürrəhmanov və memar M. Hüseynovun hazırladığı şairin heykəli ucaldılmışdı.
Bu müasir park 2013-cü ildə açılıb. Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə var[6].
Bu park Azərbaycan Elmlər Akademiyasının yaxınlığında yerləşir. 1993-cü ildə parkda Hüseyn Cavidin heykəli ucaldılmışdı. Bu abidənin müəllifi heykəltaraş Ömər Eldarovdur.
Bağın əsası 1920-ci illərin əvvəlində qoyulub. 1922-ci ildə parkda M. Ə. Sabirin heykəli ucaldılmışdı. 1950-ci illərdə parkda yaşıllaşdırma və genişləndirmə işləri aparıldı. Şairin xatirəsinə parkda 1958-ci ildə yenidən abidə ucaldıldı. Abidənin müəllifləri heykəltaraş Cəlal Qaryağdı və memar H. Əlizadə və E. İsmayılovdur.
1935-ci ildə Botanika İnstitutunun dəstəyi ilə Mərkəzi Botanika Bağının əsası qoyulmuşdu. Bağın ərazisi 16 hektardır.
Abşeron yarımadasında yerləşən Mərdəkan Dendrarisi 1895–1920-ci illərdə xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. Bağın ərazisi 24 hektardır. Mərdəkan Dendrarisi 2005-ci ildə Dünya Botanika Bağlarının, 2009-cu ildə isə Amerika Botanika Cəmiyyətinin üzvü seçilib.