Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Xan bağı — İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır.
Xan bağı | |
---|---|
Məlumatlar | |
Parkın tipi | şəhər bağı |
Yerləşməsi | Xan sarayının birinci həyəti, Böyük Qala küçəsi, İçərişəhər |
Yaradılıb | XVIII əsr |
Tabeçiliyi | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır.
2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir.
Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə[1] Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır.[1] Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır.[2] Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi. Kompleks ərazisinə yaşayış binaları ilə yanaşı kiçik məscid binası və yeraltı hamam da daxil olmuşdur.[3]
Bakı xan sarayı haqqında ətraflı məlumatlar 30 oktyabr 1809-cu ildə həyata keçirilmiş ölçmə işləri və çertyojlar sayəsində dövrümüzə çatmışdır. [qeyd. 1] Çertyojlarda “Xan sarayı və qaçmış bəylərin evləri” adlandırılan kompleksin ətraflı planları, fasadları və kəsimləri verilmişdir. Xan sarayı kompleksi Bakı qalasının Şamaxı qapısından girdikdə sol tərəfdə yerləşir.[4]
Bakı xan sarayının dövrümüzə çatmış ilk tarixi planında beş daxili həyət ətrafında formalaşmış geniş yaşayış kompleksi əksini tapıb. Xan ailəsinə məxsus olmuş ilk böyük həyət birinci yerləşir. Onun ərazisini mərkəzində kiçik hovuzu olan bağ tutur. Plana yazılmış izahlarda həmin bağ “keçmiş xan bağı” kimi qeyd edilmişdir.
2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. Layihə çərçivəsində uzun illər məişət tullantıları ilə çirkləndirilmiş sahə təmizlənmişdir. Daha sonra əraziyə arxeoloji tədqiqat qrupu cəlb olunmuş, elmi araşdırmalar aparılmışdır. Həmin bölgədə aşkar edilən ovdan və təndir konservasiya edilmişdir. [5]
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin verdiyi məlumatda deyilir ki, layihə çərçivəsində salınacaq yeni yaşıllaşdırılma zolağı Arxeoloji parkla birləşdirilərək vahid istirahət guşəsinə çevriləcəkdir. Xam torpaq üzərində müəyyən sahələrdə daş plitələr döşənəcək, qalan hissədə isə yaşıllıq salınacaq.[5] Parkın bədii tərtibatı zamanı portal, asma struktur kimi dekorativ vasitələrdən, fasaddan təbii işıq almaq imkanlardan istifadə olunması planlaşdırılır.[5]
Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır.[5]
Azərbaycan portalı Memarlıq portalı |